Yazdırma Seçimləri:

Bibər və fəsləyən soslu balıq

Verimlilik4 PorsiyonHazırlanma Müddəti35 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt55 dəq

Lazım olan ərzaqlar
 4 ədəd bütün balıq (içi təmizlənmiş)
 1 ədəd qırmızı acı bibər (doğranmış)
 1 ədəd qırmızı soğan (dilimlənmiş)
 2 diş sarımsaq (əzilmiş)
 2 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı xardal
 1 yemək qaşığı sirkə
 3 yemək qaşığı soya sosu
 4 dəstə fəsləyən (doğranmış)
 ½ dəstə şüyüd
Hazırlanma qaydası
1

Balığın pulcuqlarını təmizləyin.
Təmizlənmiş balığın hər iki tərəfini bıçaqla cızın.
Qalan bütün ərzaqları robotdan keçirdin.
Balıqları duz və istiotla dadlandırıb izqara qabına alın.
Hazırladığınız qarışığı mətbəx fırçasıyla balığın üzərinə sürün.
Qalan qarışığı balığın o biri tərəfinə də sürtün.
Sos bitənə qədər balığı çevirərək 15 dəqiqəyə yaxın bişirin.
Yanında bol limonlu salat ilə servis edə bilərsiniz.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0


Porsiya Başına Miqdar
Kalori 293