Facebook: facebook.com/1001dad instagram: instagram.com/1001dad https://www.youtube.com/1001dad

Bibər dolması-Bibərli pendirli qəlyanaltı  üçün lazım olan ərzaqlar:

  • 150 q Tilsiter pendiri,
  • 2 ədəd yumurta,
  • Yarım dəstə şüyüd,
  • 2 diş sarımsaq,
  • Ala bildiyi qədər duz,
  • istiot,
  • 2 xörək qaşığı mayonez,
  • Kahı,
  • rəngli bibərlər,

Bibər dolması-Bibərli pendirli qəlyanaltının hazırlanma qaydası:

  • Əvvəlcə ərzaqları istifadə üçün hazırlayın. Şüyüdü kiçik -kiçik doğrayın.
  • Sarımsaqların qabıqlarını soyub əzin.
  • Yumurtaları bişirib doğrayın.
  • Bibərləri yuyub suyunu qurutduqdan sonra  içini təmizləyin.
  • Holland pendirini də rəndələyin.
  • Bütün bunlardan sonra ərzaqları qarışdırın.
  • Üzərinə mayonez, duz, istiotu da əlavə edib yenidən bir az qarışdırın.
  • Qarışım hazır olduqdan sonra içərisini təmizlədiyiniz bibərlərin içərisinə hazır qarışımdan dolduraraq soyuducuya qoyuyn.
  • Soyuducuda içərisi doldurulmuş bibərləri 0, 5-1, 5 saata qədər saxlayın.
  • Sonra soyuducudan bibəri çıxardaraq dilimləyib bir servis tabağına yığın və kahı ilə süsləyin.
  • Bibər dolması servisə hazırdır.

Nuş olsun!