Yazdırma Seçimləri:

Bibər Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 20 dəq

Qırmızı bibərin tərkibində yüksək miqdarda A vitamini var .İsti və quru iqlimdə yetişən və çoxlu günəş şüasını udan qırmızı bibər tam bir D vitamini deposudur.
Antioksidan baxımından zəngin olan qırmızı bibər, qan dövranını sürətləndirir, pis xolesterolu düşürür.

Bibər konservia necə hazırlanır?

Bibər Konservi Üçün Lazım Olan Ərzaqlar
 1 kq bibər
 1 ədəd sarımsaq
 ½ stəkan zeytun yağı
 ½ stəkan sirkə
 1 dəstə cəfəri
 duz
 1 ədəd şüşə qab
Bibər Konservi Üçün Ərzaqların Yığılması
1

✅ Əvvəlcə bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Sarımsaqları soyub kasaya yığın.
✅ Lazım olacaq duzu kiçicik kasaya yığın.
✅ Lazım olacaq sirkəni stəkana süzün.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir stəkana süzün.

Bibər Konservi Üçün Ərzaqların Hazırlanması
2

kozlenmis-biber-konserv

✅ Əvvəlcə manqalı yandırın.
✅Saplarını kəsmədən manqalda közləyin.
✅Bibərləri sobada da da közləyə bilərsiniz .
✅Amma manqal ləzzətində olmaz.
✅Çalışın odun atəşində bibərlər közlənsin.
✅Bibərlərin közlənməsindən sonra qabığınuı soymağa başlayın.
✅Qabığının rahat soyulması üçün bir dəsmal içərisində 10 dəqiqə qədər saxlayın.
✅Bibərlər közləndikdən sonra, qabığını soymadan öncə və ya soyduqdan sonra yuyulmamalıdır.
✅Çünki yuyulsa dadı itər.
✅ Bibərləri yumaq köz dadının da getməsinə səbəb olar.
✅Bibərlərin qabıqları soyulduqdan sonra saplarını çıxardın.
✅Saplarını çıxardarkən bibərləri çox da zədələməyin.

Bibərin Bankalara Yığılması
3

✅Hazırlanan bibərləri bankalara bütöv halda yerləşdirin.
✅İstəyə görə iri dilimlər halında da doğraya bilərsiniz.
✅Sonrasında yuyub arıtladığınız cəfərini bankalara qoyun.
✅Üzərinə 1 dənə qırmızı bibər əlavə edin.
✅Soyub dilimlənən sarımsaqları da araya yerləşdirin.
✅Bütün bibərlər, sarımsaqlar və cəfəri bu sırayla bankalara yerləşdirin.
✅Bankanın üzərinə və yanına bir şpatula və yaxud da taxta qaşıqla ehtiyatla basdıraraq aralarına yığılmış havanı çıxartmağa çalışın.
✅ Bibərin öz suyundan bankalara tökün.
✅ Bu həm bibər konservini dadlı edəcək, həm də uzun zaman qalmasını təmin edəcəkdir.
✅ Zeytun yağı, sirkə və duzu bir bankada qarışdırıb bibərlərin üzərinə gəzdirin.
✅ Bu qarışım bibərlərin uzun zaman saxlanmasına yardımçı olacaqdır.
✅Sonrasında bu qarışımı bankalara tökün.
✅ Əgər duz istifadə etməyi xoşlamırsınızsa heç duz əlavə etməzsiniz.
✅ Bibər konservini istiadə edərkən ağız dadınıza görə duz əlavə edə bilərsiniz.
✅Bankanın qapağını möhkəm bağlayın.

Bibərin Bişirilməsi
4

bibər

✅Bir qazana su qoyub bankanı içərisinə yerləşdirin.
✅Bankaları yerləşdirərkən, qapaq hissələrinin su seviyyəsindən 2-3 cm yuxarıda olmasına diqqət edin.
✅Qazanı ocağa qoyub qaynadın.
✅Sonrasında bankaları qazandan çıxardıb silin.
✅Qaynatma işləmi konservinin dayanıqlılığını artırır.
✅Əgər az miqdar ərzaqdan hazırlayırsınızsa qaynatmadan da saxlaya bilərsiniz.

Bibər Konservinin Saxlanma Qaydası
5

✅Hazır konservləri soyuducuda və ya günəş işığı almayan yerdə mühafizə edib saxlaya bilərsiniz.

Nuş Olsun!