Yazdırma Seçimləri:

Bibər Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Bibər turşusu antioksidan baxımından zəngindir və bədəni toksinlərdən təmizləyir.
İmmunitet sistemini güçləndirir.
Alzhemier kimi xəstəliklərə yaxalanmanın qarşısını alır.
Maddələr mübadiləsini sürətləndirir.
Kilo verməyə yardımcı olur.
Qəbizlik zamanı çox faydalıdır.
Ağız yaralarının sağalmasına yardımçı olur.
Qrip və soyuqdəymə zamanı çox faydalıdır.

Bibər turşusu

🌶️ Bibər Turşusu Üçün Lazım Olan Ərzaqlar
 500 q uzunsov bibər
 6 diş sarımsaq
 ½ stəkan üzüm sirkəsi
 2 yemək qaşığı qaya duzu
 1 yemək qaşığı noxud
 su
 4 ədəd cəfəri budağı
🌶️ Bibər Turşusu Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz bibərləri yuyub aşsüzənə yığın suyunu çəksin.
✅ İstifadə edəcəyiniz sarımsaqları soyub kasaya yığın.
✅ Turşuya əlavə edəcəyiniz qaya duzunu kiçik kasaya yığın.
✅ Lazım olacaq üzüm sirkəsini stəkana süzün.
✅Turşuya qatacağınız noxudu ayırtlayıb yuyun və aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz cəfərini təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.

🌶️ Bibər Turşusu Üçün Ərzaqların Hazırlanması
2

✅Bibərlərin saplarını kəsin və bir neçə yerdən deşin.
✅ Turşuya tökəcəyiniz suyu qızdırın.
✅ İsti suyun içərisinə duz, üzüm sirkəsini qatıb çalxalayın.

🌶️Hazırlanma Qaydası
3

✅ Bankalara öncə noxudları, ardından yer qalmayacaq biçimdə bibərləri, aralarına sarımsaq qoyaraq yerləşdirin və yaxşıca basdırın.
✅ Hazırladığınız duzlu suyu isti halda bankaya boşaldın.
✅ Ardından cəfərini də əlavə edib qapağı qapadın .

DİQQƏT
4

Bibər turşunuzun daha uzun zaman qalmağını istəyirsinizsə hazırlayan zaman içərisinə bir neçə dilim alma oyun.

🌶️Bibər Turşusunun Saxlanma Qaydası
5

Sərin və quru bir yerdə 15-20 günə qədər dadının və rənginin olması üçün gözləyin.
Çalışın turşunun üzərinə günəş şüası düşməsin.

Nuş Olsun!