Yazdırma Seçimləri:

Bildirçin dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 20 dəq

Bildirçin dolması

Lazım olan ərzaqlar
 6 ədəd bildirçın
 1 yemək qaşığı quş üzümü
 6 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı fıstıq
 1 çimdik duz
 1 stəkan düyü
 1 ədəd soğan
 istiot
 1 çimdik darçın
 3,50 stəkan su
Hazırlanma qaydası
1

Əvvəlcə bildirçinləri təmizləyib yuyun.
Düyünü ayırtlayıb ilıq duzlu suda bir saat gözlədin.
Soğanı doğrayın.
Sobanı orta hərarətdə qızdırın.
Quş üzümünü ayırlayıb , üstünü örtənə qədər ilıq su tökün.
Orta boy bir tavada 2 şorba qaşığı kərə yağı orta atəşdə əridin.
Yağ əriyər əriməz, bildirçinləri tavaya qoyub, alt-üst edərək, hər iki yanlarını 2 dəqiqə qızardın.
Tavanı atəşdən alıb, bildirçinləri bir servis tabağına yığın.
Orta boy bir tavaya qalan 4 şorba qaşığı kərə yağı qoyub, orta atəşdə əridin.
Yağ əriryəndə soğanı əlavə edib , bir dəqiqə qədər qovurun.
Soğan qızarmağa başlayınca süzəcəyiniz düyünü, eynı şəkildə də süzəcəyiniz quş üzümünü, fıstığı, duzu, bibəri və darçını əlavə edin.
Tez-tez qarışdıraraq, 3-4 dəqiqə qovurun. Tavaya 1- 1/2 stəkan su qatıb, vam odda 10 dəqiqə bişirin.
Qazanı ocaqdan alıb , ağzını örtüb , xörəyi dincə qoyun.
Dolma içini, 15-20 dəqiqə dincə qoyun.
Sonra , şorba qaşığı ilə bildirçinləri doldurun. Doldurulmuş bildirçinləri tavaya yerləşdirin.
Doldurulmuş bildirçinlərin üzərinə 2 stəkan su əlavə edib , sobaya verin.
25-30 dəqiqə sonra qabı sobadan götürün.
Bildirçin dolmalarını isti olaraq servis edə bilirsiniz

Nuş olsun!