Yazdırma Seçimləri:

Biskvit Tortu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 25 dəq

biskvit tortu

🍰Lazım Olan Ərzaqlar
 1,52 çay qayığı Kenton kakao
 2 paket Kenton vanil
 2 paket Kenton qabartma tozu
 14 ədəd yumurta
 4 stəkan şəkər tozu
 4 stəkan un
 1 çimdik duz
Krem Üçün
 1,22 çay qayığı Kenton kakao
 2 paket Kenton vanil
 1 stəkan şəkər tozu
Bəzək Üçün
 peçenye ovuntusu,
 keks ovuntusu
 damla şokalad
 zövqə görə digər tort bəzəyi
DİQQƏT
1

✅ İki ədəd keks bişiriləcək – kakaolu və kakaosuz.
✅ Buna görə də hər bir keks üçün yazılan ərzaqların yarısı istifadə olunur (kakao xaric)

Sadə Keks
2

✅ Mikserin qabına 7 ədəd yumurta sındırın.
✅ Üzərinə şəkər tozu əlavə edib qarışdırın.
✅ Bir stəkan unun üzərinə 1 paket Kentn qabartma tozu, ikinci stəkan unun üzərinə Kenton vanil vurun.
✅ Un əlavə edilərkən tort keksinin xəmirini mikserlə çalmağa ehtiyac yoxdur.
✅ Onu əllə qarışdırmaq lazımdır.
✅ Unu yavaş-yavaş qarışdıra-qarışdıra qarışığa əlavə edin.
✅ Tam qarışdıqdan sonra keks qəlibinin altına bişirmə kağızı sərin.
✅ Keksin rahat çıxması üçün qəlibin yanlarını yağlayın.
✅ Keks xəmiri qəlibdə 180 dərəcə isidilmiş sobada bişirin.

Kakaolu Keks
3

✅ Kakaolu keksin hazırlanması da sadə kekslə eynidir.
✅ Un vurulduqdan sonra xəmirə Kenton kakao vurub yaxşıca qarışdırın.
✅ Keks xəmiri qəlibdə 180 dərəcə isidilmiş sobada bişirin.
✅ Hər iki keksin soyuması üçün gözləyin.
✅ Soyuduqdan sonra üzərləri düzgün deyilsə nazik bir təbəqə halında kəsərək düzəldin.
✅ Keksləri tən ortadan hündürlüyünə iki hissəyə bölün.

Sadə Kremin Hazırlanması
4

✅ Mikserin qarışdırma qabına 400 qram qaymaq, şəkər tozunun yarısı, bir paket vanil vurub qarışdırın.
✅ Kakaolu kremin hazırlanması: Kakaolu krem hazırlamaq sadə kremi hazırlamaqla eynidir.
✅ Sadəcə krem hazır olana yaxın Kenton kakao əlavə etmək lazımdır.

Tortun Bəzədilməsi
5

✅ Sadə keksin yarısı totr qabına yerləşdirilib üzərinə kakaolu krem yayın.
✅ Bunun üzərinə kakaolu keksin yarısını qoyun və üzərinə sadə kremi yayın.
✅ Buraya bir az damla şokolad əlavə edin.
✅ Üzərinə sadə keks qoyun və üzərinə də kakaolu krem vurun.
✅ Bundan sonra kakaolu keksi qoyub üzərinə sadə krem yayın.
✅ Peçenye qırıntısı, keks ovuntusu, damla şokolad və s. ilə tortun üzərini bəzəyin.
✅ Tortun yanlarını kremləyərkən tort qabının təmiz qalması üçün altına kağız qoyun.
✅ Tortun yanlarını da kremləyib üzərini zövqə görə bəzədikdən sonra tortun altındakı kağızları çıxardın.

Nuş Olsun!