Yazdırma Seçimləri:

Bişməyən Cheesecake

Verimlilik8 PorsiyonHazırlanma Müddəti25 dəqÜmumi Vaxt25 dəq

küpdə bişməyən-cheesecake

🍰Cheesecakenin Alt Qatı Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yulaflı biskivit
 ½ stəkan fındıq
 125 q kərə yağı
🍰Cheesecakenin İkinci Qatı (ağ qat) Üçün
 1 ədəd krem
 6 yemək qaşığı şəkər tozu
 1 paket vanilin
 200 q qaymaq (ya da mascarpone penidiri)
 400 q labne pendiri
🍰Cheesecakenin Üzəri Üçün
 250 q moruq (ya da hər hansı giləmeyvə)
 5 yemək qaşığı şəkər tozu
 ½ ədəd limon suyu
 1,50 yemək qaşığı qarğıdalı nişastası
 1 stəkan su
🍰 Bişməyən Cheesecake Üçün Sosun Hazırlanma Qaydası
1

küpdə bişməyən-cheesecake

✅Əvvəlcə qazana moruq, şəkər, limon suyu və yarım stəkan su əlavə edib qaynadın.
✅Qaynadıqdan sonra içərisinə yarım stəkan su ilə açdığınız nişastanı əlavə edib qarışdırın.
✅Qatılaşdıqdan sonra ocaqdan alıb soyumağa qoyun.
✅ Sonrasında biskiviti və fındığı rondoda çəkin.
Bir kasaya alıb əridilmiş kərə yağı ilə qarışdırın.

🍰 Bişməyən Cheesecake Üçün İkinci Qatın(Orta) Hazırlanması
2

✅Ağ hissəsi üçün soyuq krema, şəkər və vanilini qarışdırma qabına alıb şəkər əriyənədək çırpın.
✅ Üzərinə qaymağı əlavə edib təkrar 2 dəqiqə çırpın.
✅Ən son labneyi əlavə edib təkrar 2-3 dəqiqə çırpın.

🍰 Bişməyən Cheesecake Üçün Alt Qatın Hazırlanması
3

✅ Bunun üçün bir az yağlı peçenye lazımdır.
✅ Peçenyaları yaxşıca əzin. Əzdiyiniz peçenyaların üzərinə kərə yağı əlavə edərək qarışdırın.
✅ Hazırladığınız peçenye əzməsini Cheesecake hazırlayacağınız qabların alt hissəsinə yığın.
✅ Artıq alt qat hazırdır.

🍰 Bişməyən Cheesecakenin Hazırlanma Qaydası
4

✅Kasaların alt hissəsinə əvvəlcə biskivitli qarışımı qoyun.
✅Üzərinə istər sıxma torbası, istər qaşıq ilə kremadan paylaşdırın.
✅Ən son üzərinə soyumuş moruq sosu əlavə edib soyuducuya qoyun

🍰 Bişməyən Cheesecakenin Servis Edilmə Qaydası
5

2 saat sonra servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0