Blinçik xəmirindən börək
Blinçik xəmirindən börək üçün lazım olan ərzaqlar:
- 2 stəkan süd,
- 2 stəkan un,
- 2 yumurta,
- Nanə,
- Cəfəri,
- Yaşıl soğan(hər birindən bir neçə ədəd),
- 2 diş sarımsaq,
- 1 çay qaşığı toz bibər,
- 1 çay qaşığı kəklikotu,
- 1 çay qaşığı quru nanə,
- 1 çay qaşığı cirə,
- 1 çay qaşığı duz,
- İçi üçün holland pendiri,
- Kərə yağı,
Hazırlanma qaydası:
- Əvvəlcə yumurtaları çırpın.
- Üzərinə südü və unu əlavə edin və yaxşıca çırpın.Duzu və ədviyyatları da əlavə edin.
- Yaşıllıqları və sarımsağı da doğrayıb qarışıma əlavə edin.
- Yaxşıca qarışdırın.
- Xəmiriniz artıq hazırdır.
- Tavaya bir şirniyyat qaşığı kərə yağı alıb əridin.
- Xəmirdən bir çömçə alıb isti tavaya tökün.
- Altı qızarınca o biri üzünə çevirin və yarsının üzərinə pendir düzərək digər yarısı ilə də üstünü ortün.
- Hər iki tərəfini də qızardın. Xəmiriniz bitənə qədər bu işləmi davam etdirin.
- Yarım ay şəklində ləzzətli bir plinçik gözləməniz hazırdır.
- Plinçikləri isti-isti halda servis edin.
Nuş olsun!
Leave a Reply