
Lazım olan ərzaqlar:
- 3 ədəd yumurta,
- 1 su stəkanı qatıq,
- 1 su stəkanı duru yağ,
- 1 su stəkanı süd,
- 1 paket qabartma tozu,
- 3-4 orta böyüklükdə kartof,
- 1 çay stəkanı pendir,
- 1 çay stəkanı rəndələnmiş holland pendiri,
- 1 böyük soğan,
- Cəfəri,
- 2-2,5 stəkan un,
- Duz,,
- Istiot,
- pul bibər,
Hazırlanma qaydası:
- Kartofları soyub küp-küp doğrayın.
- 3 yumurtanı duz ilə tam qarışana qədər çırpın.
- Duru yağ, süd, rəndələnmiş soğan, holland pendiri və qatığı da əlavə edib çırpmaya davam edin.
- Ədviyyatları da əlavə edin.
- Un və qabartma tozunu da ələyərək yavaş-yavaş əlavə edin.
- Doğranmış kartofları da əlavə edib qarışdırın.
- Son olaraq cəfərini və pendiri əlavə edib taxta qaşıqla qarışdırın.
- Yağlanmış siniyə tökün.
- Üzərinə istəsəniz çörək otu da səpə bilərsiniz.
- Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər 50 dəqiqə bişirin.
- Soyuq halda servis edin.
- Soyuq halda yemək daha dadlı olur.
Leave a Reply