http://youtu.be/WVmuHS2rZQE

Lazım olanlar:

(6 porsiya)

  • 1 kq mal əti (sümüklü)
  • 5 qaşıq yağ
  • 1 baş soğan
  • 1 ədəd orta boy qırmızı çuğundur (300 q)
  • 2 ədəd yerkökü (300 q)
  • 2 qaşıq tomat pastası
  • 3-4 ədəd dəfnə yarpağı
  • 1 ədəd orta boy təzə kələm
  • 3 ədəd kartof
  • 2 stəkan kiçik doğranmış cəfəri
  • duz
  • istiot

 

Hazırlanma qaydası

Mal ətini üzərinə 20 stəkan su tökərək qaynadın. Kəfini alın. ət yumşalana qədər bişirin. ətin suyunu süzün, kəfdən təmizləyin. ət suyunu və əti qazana təkrar əlavə edin.

ət bişdiyi müddətdə soğanları kiçik-kiçik doğrayın. Çuğundur və kökü mətbəx rəndəsinin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın. Kartofları soyun və iri-iri dilimləyin.

Tavada yağı isidin, bu yağda soğanlar yumşalana qədər bişirin. Sonra buraya çuğundur və yer kökünü əlavə edin, təqribən 10 dəqiqə bişirin. Sonra tomat pastası, duz, istiot əlavə edin. 5 dəqiqə bişirin.

Bişmiş tərəvəzi və dəfnə yarpaqlarını ət suyuna əlavə edin. Su qaynayarkən azalıbsa, biraz su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır. Qazanı qaynadın. İçərisinə kartof, kələm və cəfərini əlavə edin. Kələm və kartof yumşalana qədər bişirin.

Servis edilərkən zövqə görə borşun üzərinə qatıq və ya xama tökülür.

 

wikipedia.org