Yazdırma Seçimləri:

Böyrək kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt30 dəq

Böyrək kababı

Lazım olan ərzaqlar
 250 q qoyun böyrəyi
 5 yemək qaşığı kərə yağı
 1 ədəd baş soğan
 1 dəstə cəfəri
 3 çay qayığı sumax
 istiot
 duz
Hazırlanma qaydası
1

Burada qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur.
Sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır.
Buna qızardan vaxtda da arabir yağ sürtülür.
Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir.

Nuş olsun!