Böyürtkən mürəbbəsi
Böyürtkən mürəbbəsi hazırlamaq üçün lazım olan Ərzaqlar:
- 1 kq böyürtkən,
- 750 gram toz şəkər,
- Yarım çay qaşığı limon duzu
Hazırlanışı:
- Böyürtkənləri yuyub süzdükdən sonra qazana yığın.
- Üzərinə şəkəri əlavə edib bir neçə saat bu şəkildə saxlayın.
- Daha sonra yüksək atəşdə bir neçə daqiqə qaynadın.
- Ocağı vam odda qoyun.
- Arada bir üzərində qalan köpükləri təmizləyərək 20 dəqiqə qədər bişirin.
- Ocaqdan almağa bir neçə dəqiqə qalanda limon duzunu əlavə edin.
- Otaq temperaturunda soyumaya qoyun.
Leave a Reply