Yazdırma Seçimləri:

Braziliya Mətbəxindən – Feijoda

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Braziliya mətbəxindən məşhur Feijoda yeməyi resepti.
Braziliyada çox sevilən və hər evdə həftədə bir dəfə bişirilən yeməklər vardır. Bunlardan biri də lobya yeməyi olan “feijoada” Braziliyanın fərqli bölgələrində fərqli alışqanlıqlarla bişirilərək 2 fərqli şəkildə servis edilir.
“Feijoada Carioca” Cuma günləri, “Feijoada Paulista” isə Çərşəmbə və Şənbə günlərində yeyilir.

🍲 Braziliya Mətbəxindən - Feijoda Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan qara lobya
 1 dəstə yaşıl soğan
 2 ədəd bibər
 1 ədəd pomidor
 1 ədəd kartof
 4 diş sarımsaq
 1 yemək qaşığı pomidor tomatı
 1 yemək qaşığı kərə yağı
 1 çay qayığı duz
  arzuya görə ədviyyatlar
🍲Feijoda Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz lobyanı yuyub təmizləyərək bir iri kasaya yığın.
✅İstifadə edəcəyiniz kərə yağını da bir kasaya yığın.
✅Lazım olacaq qədər sarımsaqların qabıqlarını soyub bir kasaya yığın.
✅Lazım olacaq duzu kasaya alın.
✅İstifadə edəcəyiniz pomidor və bibərləri yuyub dəsmal üzərinə yığın.
✅İstifadə edəcəyiniz bibərin içərisini təmizləyin.
✅İstifadə olunacaq kartofları soyub yuyun.
✅Lazım olacasq ədviyyatları ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz yaşıl soğanı yuyub suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz pomidor tomatını bir kasaya yığın.

🍲Feijoda Üçün Ərzaqların Hazırlanması
2

✅Yuyub kasaya aldığınız lobyanı axşamdan isladın.
✅Kərə yağını bir qazanda əridin.
✅Pomidor və bibərləri küp -küp doğrayın.
✅İstifadə edəcəyiniz kartofları da küp-küp doğrayın.
✅Soğanları incə -incə doğrayın.
✅İstifadə edəcəyiniz sarımsaqları əzin.

🍲 Fejiodanın Bişirilmə Qaydası
3

✅ Axşamdan islatdığınız lobyanı ertəsi gün 10-15 dəqiqə bişirib suyunu süzün.
✅Əritdiyiniz kərə yağının içərisinə əzdiyiniz sarımsaqları əlavə edib qovurun.
✅Ardından küp doğranmış pomidor, bibər və kartofları qazana əlavə edin.
Bir az qovurduqdan sonra pomidor tomatını da əlavə edib bir iki dəfə qarışdırın.
✅Ədviyatları və duzu da əlavə etdikdən sonra 15 dəqiqə
orta temperaturda bişirin.
✅Bişirdiyiniz lobyanı da əlavə edib, 15 dəqiqə daha bişirin.

🍲Fejiodanın Servis Edilməsi
4

✅Üzərini incə doğranmış təzə soğan ilə süsləyərək isti-isti olaraq servis edin.
✅Fejioda yeməyini düyü plovu olmadan təsəvvür etmək mümkün deyildir.

Nuş Olsun!