Yazdırma Seçimləri:

Brokoli salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Brokili salatı

Lazım olan ərzaqlar
 1 ədəd brokili
 1 ədəd kök
 2 ədəd qırmızı ətli bibər
 qarğıdalı konservi
Sosu üçün
 duz
 zeytunyağı,
 34 diş sarımsaq
 narşərab
Hazırlanma qaydası
1

Brokili salatı

Brokolini kiçik parçalara ayıraraq yuyun və isti suda bişirin.
Sonra süzün.
Kökü təmizləyib yuyun.
Kökü doğrayın.
Kökü də isti suda bişirin.
Qırmızı ətli bibəri də yuyub təmizləyin və doğrayıb isti suda bişirin.
Bütün ərzaqları bişirdikdən sonra servis tabağına alıb üzərinə duz, zeytun yağı, döyülmüş sarımsaq və narşərabını əlavə edib qarışdırın.
Ən son qarğıdalı dənələrini də əlavə edib servis edin.
Qeyd:
Tərəvəzlər bişdikdən sonra isti sudan çıxardıb soyuq suya qoysanız rəngini qoruyar və parlaq görünər.

Nuş olsun!