Yazdırma Seçimləri:

Bulğurlu Pendirli Börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 10 dəq

Bulğurlu pendirli börək

Lazım Olan Ərzaqlar
 ½ stəkan duru yağ
 3 ədəd yumurta
 duz
 ilıq su
 2 stəkan incə bulğur
 2 stəkan pendir
 2 ədəd soğan
 2 ədəd uzunsov bibər
 1 yemək qaşığı tomat
 istiot
 quru nanə
 pul bibər
 çörəkotu
 2 ədəd yumurta sarısı
 ½ stəkan qatıq
Bulğurlu Börək Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu bir kasaya ələyin.
✅Lazım olacaq bulğuru yuyub ayırtlayaraq aşsüzənə yığın.
✅Lazım olacaq soğanı soyub kasaya yığın.
✅İstifadə ediləcək duru yağı kasaya süzün.
✅Lazım olacaq qədər duzu kasaya alın.
✅İstifadə edəcəyiniz bibərləri təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq qədər tomatı kasaya yığın.
✅Arzuya görə istifadə edəcəyiniz ədviyyatları kasaya yığın.
✅İstifadə edəcəyiniz qədər pendiri də kasaya yığın.
✅Lazım olacaq qatığı kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.

Börəyin Xəmirinin Hazırlanma Qaydası
2

✅ Unun ortasını hovuz kimi düzəldib içərisinə 3 yumurta qırın.
✅ Duru yağı və duzu da əlavə edin.
✅ Nəzarət edərək qulaq məməsi bərkliyində xəmir yoğurun.
✅ Xəmiri yarım saat bir bez altında dincə qoyun.
✅ Xəmirdən kiçik alma böyüklüyündə 6-8 kündə kəsib əlinizlə xəfifcə yoğuraraq özləşdirin.
✅ Yenidən bir bez örtərək kündələri dincə qoyun.
✅ Xəmir dincə qoyulandan sonra börəyin iç xərcini hazırlayın.

Börəyin İç Xərcinin Hazırlanması
3

✅ Soğanları incə- incə doğrayaraq maye yağda qovurun.
✅ Toxum yataqları təmizlənmiş və incə doğranmış uzunsov bibərləri əlavə edib azacıq qovurun.
✅ Ayırtlayıb yuduğunuz bulğurunuzu əlavə edip bir-iki dəfə qarışdırın.
✅ Tomatınızı da əlavə edib bir az qovurun.
✅ Arzuya görə ədviyyatlarını da əlavə edib ( acı sevənlər pul bibər qata bilər, ) bulğurun üzərini bir barmaq keçəcək qədər isti su əlavə edin.
✅ Vam atəşdə qapağını qapadaraq 5-6 dəqiqə bişirin.
✅ Ardından öcağı qapadıb bulğurun dəmlənməsini gözləyin.
✅ Hazırladığınız bulğur plovunu geniş bir qaba alın və ilınmasını gözləyin.
✅ Plovunuza ufalanmış pendiri əlavə edin .

Börəyin Hazırlanması
4

✅ Dincə qoyduğunuz kündələri yayaraq börək üçün yuxa açın.
✅ Hər bir yuxanı ortasından kəsərək iki yarım dairəlik yuxa əldə edin.
✅ Qaşığınızın ucuyla üzərinə maye yağ gəzdirib əlinizlə azca yayın.
✅ Kəsdiyiniz düz hissənin bir neçə barmaq yardımı ilə yuxaların boyunca iç xərcindən əlavə edib yayın və rulo şəklində bükün.
✅ Rulonlarınızın uç hissələrinin açılmaması üçün azcz qatlayaraq rulonuzu ovcunuzla hafif çəkiştirərək bükün.
✅ Yağlanmış bir sininin ortasından başlayaraq sarıyın.
✅ Hər yeni rulonu diğərinin bitdiyi yerdən davam edərək sininin sonuna qədər yerləşdirin.
✅ Arzuya görə hər bir rulondan porsiyonluk gül börəyi formasında , yaxud da kvadrat şəklində doğrayaraq düzə bilərsiniz.
✅ İki yumurtayı bir fincan maye yağ və yarım su stəkanı qatıq ilə çırpıb börəyin üzərinə tamamən yaxın.

Börəyin Bişirilməsi
5

✅ Arzuya görə çörək otu səpərək altı və üzəri nar kimi qızarıncaya qədər orta temperaturlu bir sobada bişirin.
✅ Sobadan çıxartdığınız börəyinizi kənara alıb üzərinə barmaq uçlarınızla bir neçə damcı su gəzdirib bez bir örtük altında soyudun.
✅ Bez örtük hava aldığı üçün börəyinizin tərləməsinə xəmir kimi olmasına mane olacaqdır.
✅ Üzərinə başqa bir sini qoyduqda börəkləriniz tərləyib zay olacaqdır.

Börəyin Servis Edilməsi
6

✅ Dilimləyib ilıq olaraq servis edin.

Nuş Olsun!