Yazdırma Seçimləri:

Bütöv pomidor turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Lazım olan ərzaqlar
 2 kq yaşıl pomidor
 1 ədəd sarımsaq (baş)
 ½ stəkan quru noxud
 1 stəkan sirkə
 1 çay qayığı toz şəkər
 45 ədəd limon duzu
 2 l su
 1 stəkan duz
 ½ ədəd kərəviz sapı
Hazırlanma qaydası
1

Suyu qaynadıb bir kənarda soyumağa qoyun.
Soyuyan suyun içinə toz şəkəri, limon duzunu, sirkəni qoyub qarışdırın.
Bir yumurtanı yuyub suyun içinə atın.
Yumurta suyun üzərinə çıxırsa suyunuz hazırdır.
3 litrəlik geniş ağızlı bir şüşə bankalara noxudları yuyub əlavə edin.
Pomidorları yuyub bıçaqla bir neçə yerindən deşib bankalara yerləşdirin.
Üstünə soyduğunuz sarımsaqları atın.
Bu şəkildə bankaları doldurun.
Hazırladığınız turşu suyunu da pomidorların üzərinə doldurun.
Kərəviz saplarının yarsını içinə doğrayın.
Qalanı da rulon kimi büküb pomidorların üzərinə qoyun .
Sonra qapağını bərk bağlayın.
Bankanın çöl tərəfini də kağızla sarıyıb bir dənə ağ polietilen torbaya qoyun.
Qaranlıq bir yerdə 1 ay saxlayın.
1 ay sonra turşunuz hazırdır.

Nuş olsun!