Yazdırma Seçimləri:

Buxarda rulon mantı

Verimlilik4 PorsiyonHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Xəmiri üçün lazım olan ərzaqlar
 1 ədəd yumurta
 3 stəkan un
 duz
 ala bildiyi qədər un
iİçi üçün
 300 q qiymə
 2 ədəd baş soğan
 2 ədəd kartof
 duz
 istiot
Hazırlanma qaydası
1

İç xərci üçün lazım olan ərzaqları qarışdırıb bir kənara qoyun.
Xəmir üçün lazım olan ərzaqları qatıb yumşaq bir xəmir yoğurun.
2 dəqiqə dincə qoyduğunuz xəmiri 3 kündəyə ayırın.
Kündələri çox nazik açın.
Sonra iç xərci üçün olan ərzaqları yuxanın içinə yayın.
Yuxanı rulon kimi bükün və uçlarında qalan xəmiri kəsin.
Yağlanmış sininin içinə yığın.
Üzərini kərə yağıyla yaxşı-yaxşı yağlayın.
Rulonu qazanda qaynayan suyun üzərinə suya dəyməyəcək şəkildə qoyun.
Üzərinə qapağı örtün.
Suyun buxarıyla bişən manti 25-30 dəqiqə qaynamalıdır.
Sonra içindən kartof alınaraq bişməsini yoxlayın.
Bişibsə yeyilməyə hazirdır.
Rulon mantının diğər özəlliyi isə qurud və əridilmiş kərə yağıyla yeyilmiş olmasıdır.

Qurudun açılması
2

200 q qurudu qıraraq robota qoyun.
Üzərinə 1 stəkan qaynar su əlavə edib robotun qapağını bağlayıb robotdan keçirdin.
Qurudu robotda əzəndən sonra ələkdən keçirin.
Ayrandan bir az daha qatı olacaqdır.
Mantının üzərinə qurud və yağ töküb servis edə bilərsiniz.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0