
Lazım olan ərzaqlar:
- 1,5 şirniyyat qaşığı nescafe
- İstəyə görə şəkər,
- 4-5 şirniyyat qaşığı su,
- Soyuq süd,
- 1-2 ədət buz ,
Servis üçün:
- Vanilinli dondurma,
Hazırlanma qaydası:
- Frappé soyuq bir qəhvə növüdür.
- Üstü köpüklə örtülən bu soyukq qəhvə, hazır qəhvədənhazırlanır.
- Tamamən su və ya tamamən süd ilə hazırlana bilir.
- Bir qarışdırıcıya neskafe, şəkər və su qoyularaq ən az 30 saniyə çalxalayın. Çalxaladıqdan sonra krem qatılığında bir qarışıq əldə edəcəksiniz.
- Uzun bir şüşə stəkanın dibinə 1-2 dənə buz qoyun.
- Üzərinə əldə etdiyiniz qarışığı tökün.
- Daha sonra bu qarışığın üstünə soyuq süd əlavə edin.
- Ən son üzərinə dondurma və ya krem əlavə edərək servis edin.
Leave a Reply