İstifadə edəcəyiniz çöl ördəyi və ya kənd toyuğunu təmizləyibyuyun və uyunu çəkməsi üçün bir yerdən asın.
Lazım olacaq qırmızı soğan və ya ağ soğanı soyub kasaya yığın.
İstifadə edəcəyiniz alça turşusu və ya palçıq turşusunu kasaya yığın.
Lazım olacaq duz və istiotu ayrıca kasalara yığın.
İstifadə edəcəyiniz suyu stəkana süzün.
İstifadə edəcəyiniz yağı kasaya süzün.
Əvvəlcə qozu ətçəkən maşından keçirin.
Soğanı da ətçəkən maşından keçirib tənzifin arasında suyunu sıxın.
Ləvəngini hazırlamaq üçün bir qabda suyu sıxılmış soğan, xırdalanmış qoz, alça turşusu, duz və istiot töküb yaxşıca qarışdırın.
Təmizlənmiş ördəyi bir neçə yerindən bıçaqla deşin.
Ördəyi hər tərəfli, üst və iç hissəsini də duzlayıb istiot səpin.
Alça turşusunu da yaxıb ördəyin iç hissəsinə ləvəngini doldurun.
Ləvəngidən 1 xörək qaşığı kənarda saxlayın.
Ləvəngiylə doldurduğunuz ördəyi mətbəx sapıyla tikin.
İynə və sap ilə tikildikdən sonra 2-3 saat və ya 1 gecə soyuducuda saxlaya bilərsiniz.
Suyun qədəri bişirəcəyiniz ətin gec və ya tez bişməsindən asılı olaraq dəyişir (əsasən bu yeməyi gec bişən quş ətindən hazırlayırlar).
Arada qazanın suyundan ördəyin üzərinə gəzdirə bilərsiniz.
Ördəyi də arabir qazanda çevirin.

Daha sonra qazana saxladığınız ləvəngini 2 stəkan suya töküb qarışdırın.
Üzərinə ördəyi yerləşdirib qapağı örtülmüş şəkildə 10 dəqiqə orta odda qaynadın.
Qaynamağa başladıqda ocağı zəiflədib vam odda 2-2,5 saat bişirin.
Aradabir qarışdırmağı unutmayın!
Bişməyini bıçaq batıraraq yoxlayın.
Bişib suyu çəkildikdə 1 xörək qaşığı yağ əlavə edə bilərsiniz.
Yağa düşən çölmə kababını ocaqdan götürün.
Bişirdiyiniz ördəyi bütöv halda və ya tikələrə ayıraraq suyla birlikdə süfrəyə verə bilərsiniz.
Ördək kababının yanında süfrəyə qazmaqlı plov verə bilərsiniz.
Ən dadlı plov reseptini 1001dad.com səhifəmizdən baxa bilərsiniz.
Plov üçün qazmaq reseptlərini də səhifəmizdən götürə bilərsiniz.
Ərzaqlar
Təlimatlar