Lazım olan ərzaqlar:
- 5 su stəkanı un,
- 1,5 su stəkanı su,
- 1 şirniyyat qaşığı duz,
- Iç üçün lazım olan ərzaqlar:
- 5 kartof,
- 1 soğan,
- 4 yemək qaşığı zeytun yağı,
- Duz,
- Istiot,
- 120 q kərə yağı,
- 1 yemək qaşığı pul bibər,
Hazırlanma qaydası:
- Kartofların qabığını soyun.
- Iri-iri doğrayıb yumşalana qədər bişirin.
- Kartofları əzib püre halına gətirin.
- Soğanı küp şəklində doğrayıb zeytun yağında qızarana qədər qovurun.
- Kartof, duz, istiot və pul bibəri də əlavə edib qarışdırıb soyumağa qoyun.
- Bir kasaya un, duz alıb yoğurun.
- Suyu yavaş-yavaş əlavə edərək xəmiri yoğurun.
- Lazım olsa əlavə un və su da əlavə edə bilərsiniz.
- Sonra xəmiri 40 dəqiqə dincə qoyun.
- Xəmiri unlanmış dəzgahda çox incə olmayacaq şəkildə açın və yuvarlaq bir qab ilə parçalar kəsin.
- İçərisinə kartof qarışığını əlavə edin.
- Alt hissəsindən başlayaraq saç hörgüsü şəklində bağlayın.
- Duzlu qaynayan suda bişirib süzün.
- Kərə yağını əridib pul bibər ilə qarışdırın və mantıların üzərində gəzdirin.
- Isti halda servis edin.
Leave a Reply