Yazdırma Seçimləri:

Cəfəri şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Cəfəri şorbası

Lazım olan ərzaqlar
 2 yemək qaşığı un
 1 yemək qaşığı kərə yağı
 45 yemək qaşığı zeytun yağı
 2 stəkan süd
 2 stəkan su
 1 ədəd soğan
 0,50 dəstə cəfəri
 duz
 istiot
Hazırlanma qaydası
1

Kərə yağını və zeytun yağını qazana qoyun.
Kərə yağı əriyincə içinə çox kiçik doğranmış soğanı töküb azca saraldın.
Unu əlavə edib unun iyi çıxana qədər qovurun.
Süd və suyu əlavə edib qaynayana qədər qarışdırın.
Qaynamağa başlayınca incə doğranmış cəfərini əlavə edin.
Bir az daha qaynadıb, duz və istiotunu əlavə edib ocaqdan alın.

Nuş olsun!