Yazdırma Seçimləri:

Çəhmə aşı (Təndir aşı)

Verimlilik5 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 25 dəq

çəkmə aşı

Lazım olan ərzaqlar
 350 q yarma
 200 q düyü
 50 q əriştə
 34 stəkan su
 160 q incə doğranmış şüyüd
 160 q incə doğranmış reyhan
 1 stəkan çiy lobya
 500 q qoyun əti (zövqə görə başqa çeşit ətlərdəndə istifadə edə bilərsiniz)
 250 q alça
 250 q ərik qurusu
 2 ədəd soğan
 2 yemək qaşığı tomat
 dəmlənmiş zəfəran
 kərə yağı və ya duru yağ
 duz
Hazırlanma qaydası
1

Zəfəranı dəmləyin.
lobyaları yumuşalanadək bişirib, suyunu süzün və kənara qoyun.
1 baş soğanı xırda doğrayıb duz tökün və yağda qovurun.
Soğanın rəngi qızıla çalana kimi ətlə qarışdırıb qovurun.
Ət bişəndən sonra kənara qoyun.
Ayrı 1 baş soğanı doğrayıb və əvvəlcədən tavaya tökdüyünüz yağla rəngi qızıla çalana kimi qızardın və sonra tomat pastası əlavə edib qarışdırın.
Soğan qızardıqdan sonra əvvəlcədən bişirdiyiniz əti soğana əlavə edin və bir az qovurub kənara qoyun.
Bir qazana 3 stəkan su tökün və içinə yarmanı töküb bişməsini gözləyin.
Yarma bişənə yaxın düyünü, alça və ərik qaxını, qızardılmış soğanı, lobyanı, bişmiş əti, inçə doğranmış tərəvəzləri əlavə edib yaxşıca qarışdırın.
Yeməyin suyu çəkilənə yaxın əriştəni də əlavə edərək suyunun tamamən çəkilməsini gözləyin.
Sonda isə əvvəlcədən dəmlədiyiniz zəfəranı yeməyin üstünə töküb yeməyi dəmə qoyun.
Yeməyi isti halda servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0