Yazdırma Seçimləri:

Jalebi( Hind mətbəxi)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 0,50 stəkan buğda unu
 0,50 stəkan mannı yarması
 1 çimdik 1 zəfəran
 1 yemək qaşığı limon şirəsi
 4 yemək qaşığı qəhvəyi şəkər tozu
 200 q yulaf lopası yaxud
 1 stəkan qatıq
Qızartmaq üçün
 bitki yağı
Hazırlanma qaydası
1

Əvvəlcə “yulaf südü” hazırlayın.
Bunun üçün yulaf lopasının üzərinə 1,5 l su töküb bir gecə saxlayın.
Sabahı gün cunadan süzün.
1 st. yulaf südü gərək olacaq.
Mannı və unu qarışdırın.
Duz, 1 x.q. bitki yağı, az-az yulaf südü əlavə edin.
Xəmir duru olmalıdır.
Yulaf südü yerinə qatıq götürə bilərsiniz.
Tavada bitki yağını qızdırın.
Konditer şprisinə xəmiri doldurun.
Xırda ucluq taxın.
Qızmış yağa xəmiri spiral formasında salın.
Bunu sürətlə etmək lazımdır.
Hər iki üzünü qızılı rəng alanadək qızardın.
Zəfəran şərbəti:
1 çimdik zəfəranın üzərinə yarım stəkan qaynar su töküb dəmləyin.
Süzün.
1 x.q. limon şirəsi və qəhvəyi şəkər əlavə edin.
Qarışdırın.
Hazır calebiləri bu şərbətə batırın.
Şirniyyatımız servisə hazırdır.