Yağı iri tavada əridin.
Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın).
Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin.
Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin.
Yemək hazırdır.
Çörəklə süfrəyə verin.
Porsiya 6