Yazdırma Seçimləri:

Çaxoxbili(gürcü mətbəxi)

Verimlilik6 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt55 dəq

çaxoxbili (gürcü mətbəxi)çaxoxbili

Lazım olan ərzaqlar
 2 yemək qaşığı ərinmiş kərə yağı
 1 ədəd toyuq(10 tikəyə bölün)
 4 ədəd orta boy soğan
 8 ədəd orta boy pomidor
 3 diş sarımsaq
 doğranmış göyərti qarışığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
 1 çimdik qırmızı acı bibər
 duz
 istiot
Hazırlanma qaydası
1

Yağı iri tavada əridin.
Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın).
Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin.
Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin.
Yemək hazırdır.
Çörəklə süfrəyə verin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0