Yazdırma Seçimləri:

Çeçil pendir

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 10 l Yağsız inək südü
 2 l Turşumuş inək südü: təqribən
 1 yemək qaşığı Pendir mayası (evdə qursaqdan da hazırlamaq mümkündür).
Hazırlanma qaydası
1

İnək südü əvvəlcə təqribən 30 dərəcəyə qədər isidilir.
Bu 30 dərəcəyə isidilən inək südünün içərisinə turşumuş süd əlavə edilir.
İsidilmiş inək südü ilə turşumuş süd bir - birinə qarışdırılır.
Bu qarışdırılan südlər, sərin bir yerdə gözlədilir.
Bu proses təqribən 10-18 saat davam edir. 10-18 saat gözlədilib dincəldilən süd artıq pendir hazırlamaq üçün hazırdır.
10-18 saat gözlədilib dincəldilən südə maya (qursaq mayası) əlavə edilir.
Mayanın fermentasiyası üçün mayalı süd 15 dəqiqə yenə gözlədilir.
15 dəqiqə sonra mayalanmış süd təqribən 60 dərəcəyə isidilir.
Bu isitmə fəaliyyəti təqribən 45 dəqiqə davam edir.
Vam odda 45 dəqiqə isidilən mayalı süddən pendir meydana gəlməyə başlayır.
Bu zaman isti qarışığın üzərinə yaşıl rəngdə su çıxmağa başlayır.
Bu mayeni mümkün olduğu qədər bir qab vasitəsi ilə pendir olan qazandan alın.
Mayenin bir hissəsi alındıqdan sonra pendir yavaş-yavaş qarışdıraraq bişirilir.
Bundan sonra pendir elə eyni qazanda da isti - isti yoğrululur.
Bişib yoğrulan pendir daha sonra çəkilib yoğun kəndir kimi uzadılır.
Bu nazik uzun pendir kütləsi bir ağac asqı üzərinə "V" hərfi formasında asılaraq təqribən 0,5 - 1 saat gözlədilir.
Bu zaman çeçil pendir həm soyuyur, həm də artıq suyunun bir hissəsini verir.
Artıq pendir hazırdır.
İstəyə görə çeçil pendir qaba toplanırkən üzərinə duz səpilir.
Bu zaman ləzzətli və sağlamlıq üçün qaya duzu istifadə etmək məsləhətdir.
Yaxıd da duz vurmadan pendirin öz mayesinin içərisində saxlamaq mümkündür.
Motal pendiri hazırlayarkən pendir təmiz suyla yuyulur, suyu təmizləndikdən sonra pendir duzlanır, didilir və motala əlavə edilir.