İstifadə edəcəyiniz çöl ördəyini və ya kənd çolpasını təmizləyib yuyun və suyunu çəkməsi üçün asın.
Lazım olacaq soğanları soyub kasaya yığın.
Lazım olacaq alça turşusunu da kasaya yığın.
Zövqə görə istifadə edəcəyiniz duzu və istiotu ayrıca kasalara yığın.
İstifadə edəcəyiniz qədər suyu və yağı da ayrıca stəkanlara süzün.
Hazırladığınız soğanları ətçəkən maşından keçirin.
Çəkdiyiniz soğanları cunadan süzün ki suyunu versin.
Ləvəngi üçün lazım olacaq qozu da xırda-xırda doğrayın.
Təmizlənmiş ördəyi bir neçə yerindən bıçaqla deşin.

Ördəyi hər tərəfli, üst və iç hissəsini də duzlayıb istiot səpin.
Alça turşusunu da yaxıb ördəyin iç hissəsinə ləvəngini doldurun.
Ləvəngidən 1 xörək qaşığı kənarda saxlayın.
Ləvəngiylə doldurduğunuz ördəyi mətbəx sapıyla tikin.
Daha sonra qazana saxladığınız ləvəngini və 2 stəkan suyu töküb qarışdırın.

Qazana ördəyi yerləşdirib qapağı örtülmüş şəkildə 10 dəqiqə orta odda qaynadın. Qaynamağa başladıqda ocağı zəiflədib 2-2,5 saat bişirin.
Arabir qarışdırmağı unutmayın!
Bişməyini bıçaq batıraraq yoxlayın.
Bişib suyu çəkildikdə 1 xörək qaşığı yağ əlavə edə bilərsiniz.
Yağa düşən çölmə kababını ocaqdan götürün.
Çölmə kababını bütöv halda və ya tikələrə ayıraraq suyuyla birlikdə servis edə biləriniz.
Ördək kababının yanında süfrəyə qazmaqlı plov verə bilərsiniz.
IÖrdəyi iynə və sap ilə tikildikdən sonra 2-3 saat və ya 1 gecə soyuducuda saxlaya bilərsiniz.
Suyun qədəri bişirəcəyiniz ətin gec və ya tez bişməsindən asılı olaraq dəyişir (əsasən bu yeməyi gec bişən quş ətindən hazırlayırlar).
Arada qazanın suyundan ördəyin üzərinə gəzdirə bilərsiniz.
Ördəyi də arabir qazanda çevirin.
!
Ərzaqlar
Təlimatlar