Yazdırma Seçimləri:

Cheesecake

Verimlilik10 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı1 saat 10 dəqÜmumi Vaxt1 saat 40 dəq

Lazım olan ərzaqlar
 1 ədəd yumurta sarısı (otaq temperaturunda olacaq)
 2 ədəd yumurta
 800 q labnə pendiri
 1,50 stəkan şəkər tozu
 ¼ stəkan süd qaymağı
 1 ədəd limon qabığı rəndəsi
 1,50 yemək qaşığı un (silə)
Altlığı üçün
 4 stəkan yulaflı qurabiyə qırıntısı
 ¼ stəkan ərinmiş kərə yağı və ya marqarin
Hazırlanma qaydası
1

21 sm-lik qəlib lazım olacaq bu resept üçün.
Əvvvəlcə Cheesecake altlıq hazırlanır.
Əzilmiş qurabiyələr ilə əridilmiş yağ qarışdırılır.
Bunlar qəlibin alt hissəsinə basdırılıb yerləşdirilir.
Bundan sonra soyuducuya qoyulur və donması üçün gözlədilir.
Soba 260 dərəcəyə isidilir.
Pendir və toz şəkər birlikdə çırpılır.
Yumurtalar tək tək əlavə edilir.
Möhkəm qarışdırıldıqdan sonra un və qaymaq ilə birlikdə limon qabığı rəndəsi də əlavə edilir və yenə qarışdırılır.
Artıq qarışıq qəlibə tökmək üçün hazırdır.
Soyuducudan çıxardılan qəlibə qarışım tökülərək sobaya qoyulur.
260 dərəcədə təqribən 10 dəqiqə bişirilir.
10 dəqiqədən sonra sobanın temperaturu 100 dərəcəyə gətirilir.
100 dərəcədə 1 saat bişirilir. 1 saatdan sonra sobadan çıxardılır.
İzqaranın üzərinə qoyulur və soyuması üçün burada gözlədilir.
Tam soyuduqdan sonra soyuducuya qoyulur və burada bir gün gözlədilir.
Soyuducuda bir gün gözləyən cheesecake servisə hazır olur.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 10