Yazdırma Seçimləri:

Çiyələkli ağ tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 40 dəq

Çiyələkli ağ tort

Çiyələkli ağ tort üçün lazım olanlar
Keks üçün
 3 ədəd yumurta
 1 stəkan şəkər
 ½ stəkan şəkər tozu
 ½ stəkan duru yağ
 1,50 stəkan un
 1 paket qabartma tozu
 1 paket vanil
 1 ədəd rəndələnmiş limon qabığı
Krem üçün
 3 stəkan süd
 1 ədəd yumurta
 4 yemək qaşığı şəkər
 3 yemək qaşığı nişasta
 1 yemək qaşığı un
 vanilin
 1 paket krem şanti
Ara üçün
 500 q çiyələk
 ağ şokolad
Üzərini örtmək üçün
 1 paket çiyələkli krem şanti
Hazırlanma qaydası
Ağ kremi hazırlama qaydası
1

Çiyələkli ağ tort

Krem şanti xaric bütün ərzaqları qarışdırıb bişirin. Tamamən soyuyandan sonra krem şantini əlavə edib mikserlə 10-15 dəqiqə çırpın.
Artıq krem hazırdır.

Çiyələkli Ağ Tort hazırlanma qaydası
2

Yumurta və şəkəri mikserin köməyi ilə krem qatılığında olana qədər çırpın.
Duru yağ və südü də yavaş-yavaş qataraq qarışdırın.
Limon qabığını əlavə edib qarışdırın.
Qabartma tozu və vanilin qarışdırılmış unu da əlavə edib qaşıqla qarışdırın.
Dörtkünc soba tabağına yağlı kağız sərin.
Qarışığı töküb hər yerini düzənləyin.
Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üzəri azca qızarana qədər bişirin.
Bir az soyuduqdan sonra kənarlarını kəsib ortadan iki hissəyə bölün.
Sonra hər bir parçanı eninə ikiyə kəsin.
Bir parçanı tort tabağına alın.
Əvvəlcədən hazırladğınız kremdən bir az götürüb
hissənin birinin üzərinə ağ damla şokoladı sürtün.
Ortadan ikiyə kəsilmiş çiyələkləri düzün.
Digər parçanı üzərinə qoyun.
Eyni prosesi parçalar bitənə qədər davam edin.
Üzərini örtmək üçün çiyələkli krem şantini paketin üzərindəki tərifə uyğun hazırlayıb örtün.
Üzərinə dilimlənmiş çiyələkləri sıralayıb zövqünüzə uyğun bəzəyin.
1 gün soyuducuda saxlayıb sonra servis edin.

Nuş olsun!