Yazdırma Seçimləri:

Çiyələkli tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 3 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan qatıq
 1 paket qabartma tozu
 1 paket vanil
 1,50 stəkan un
Sos üçün lazım olan ərzaqlar
 0,50 kq çiyələk
 1 stəkan şəkər tozu
 1 yemək qaşığı buğda nişastası
Hazırlanma qaydası
1

Bütün sos üçün lazım olan ərzaqları bir qazana yığıb , bir az qaynatdıqdan sonra altını sondürün .
Hazırlamış olduğunuz sosu soyumağa qoyun.
Keksi hazırıamağa başlayaq.
Əvvəlcə yumurtaları təmiz yuyun.
Sonra yumurtaları keksi hazırlamaq üçün olan qabın içinə sındırın.
Yumurta və şəkəri bir qabda möhkəm- möhkəm çırpın.
Bunlar tam hazır olduqdan sonra qatığı və vanilini də əlavə edib azca qarışdırın.
Ərzaqlar qarışdıqdan sonra qabartma tozu və unu ələyərək çırpdığınız ərzaqların üzərinə yavaş-yavaş tökün.
Bütün bu qarışığı bir taxta qaşıqla möhkəm qarışdırın.
Hazır olan xəmiri oda davamlı bir qabın içərisinə töküb yayın.
Əvvəlcədən sobanı 180 dərəcəyə qədər qızdırın.
Qızdırdığınız sobaya hazırladığlınız keks xəmirini bişməyə qoyun.
Kurdan ilə aradabir bişməsini yoxlayın.
Bişib hazır olan keksin hər tərəfinə kurdan batırın ki , sosu yaxşı sora bilsin.
Sonra keksi soyumağa qoyun.
Keks ilıq olan zaman üzərinə sosu tökün.
Keksin sosu içinə çəkməsini gözləyin.
Bu arada krem şantiyi hazırlamağa başlayın. 1 stəkan soyuq süd (200ml) ilə krem şantini 2-3 dəqiqə mikserlə çırpın.
Krem şantini sosun üzərinə düzgün yayın.
Sonra tortu soyuducuya qoyub 2-3 saat gözlədin və soyumuş tortu dilimləyərək servis edin.

Nuş olsun!