Yazdırma Seçimləri:

Ciyər köftəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

ciyər kotleti

Lazım olan ərzaqlar
 1,50 kq yarısı qara, yarısı ağ ciyər
 1,50 kq köftəlik bulğur
 1 ədəd böyük baş soğan
 1 çay qayığı pul bibər
 1 çay qayığı istiot
 45 ədəd uzunsov bibər
 2 dəstə incə doğranmış cəfəri
 1 dəstə reyhan
Üstü üçün
 200 q kərə yağı
 1 yemək qaşığı pul bibər
 yaşıl soğan və cəfəri
Hazırlanma qaydası
1

Ciyər və baş soğanı maşnada çəkin.
Ölçüyə görə bulğur, pul bibər, istiot, duz qatın.
İncə doğranmış yaşıl bibərlər və doğranmış cəfəri , reyhan qataraq yaxşıca yoğurun.
5-6 dəqiqə dincə qoyun.
Sonra ovuc içində yumurta böyüklüyündə yuvarlaq köftələr hazırlayın.
Diğər tərəfdə bir qazanda su qaynadın.
Qaynayan suyun içinə köftələri atın (su köftələrin üstünə çıxacaq miqdarda olur) və bişirin.
Servis tabaqlarına alındığında, bir tərəfdə pul bibərli kərə yağı ,ya da sadə yağ əridib köftələrin üzərinə gəzdirin.
İncə doğranmış cəfəri və yaşıl soğan köftələrin üzərinə tökülərək servis edilir.

Nuş olsun!