Yazdırma Seçimləri:

Çiyələk Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Yaz demək çiyələk vaxtı deməkdir. Çiyələyin ətri yüksəldiyi piştaxtalar, şirniyyatlar, tortlar və s.bir sözlə çiyələyin olduğu yerdə xoşbəxtlik var. Çiyələyin ətrini duyduqca təbiətin möcüzəsi insanı valeh edir. Çiyələk həm də qəhvəaltı süfrələrimizin bəzəyidir.
İl boyu çiyələk ətri ilə qarşılaşmaq üşün çiyələk mürəbbəsi bişirmək bəs edər. Bu gün sizlərə Çiyələk mürəbbəsi reseptini təqdim edəcəyik.

Çiyələk mürəbbəsi

Lazım Olan Ərzaqlar
 1 kq təmizlənmiş çiyələk
 1 kq şəkər tozu
 ½ ədəd limon suyu
 1 çay qayığı kərə yağı
Çiyələk MürəbbəsiÜçün Ərzaqların Yığılması
1

✅ Çiyələk mürəbbəsi bişirmək üçün əvvəlcə çiyələklər ayırtlayın.
✅ Ayırtladıqdan sonra yuyun və süzgəcə qoyaraq suyunu süzün.
✅Lazım olacaq şəkər tozunu bir kasaya yığın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.

Çiyələk Mürəbbəsinin Hazırlanması
2

✅ Yuyulub suyu süzülən çiyələkləri bundan sonra dərin bir qazana qoyun.
✅ Qazandakı çiyələklərin üzərinə şəkər tozu əlavə edin.
✅ Üzərinə şəkər tozu qoyulmuş çiyələkləri bir gün (ən az 10 saat) gözlədin.
✅ Bu zaman çiyələk və şəkər tozu olan qazanın ağzı mütləq bağlı olmalıdır.
✅ Şəkərdə gözlədilən çiyələklər suyunu verir.
✅ Bir gün gözlətdikdən sonra çiyələk mürəbbəsini bişirmək olar.

Çiyələk Mürəbbəsinin Bişirilməsi
3

✅ Bunun üçün içərisində şəkər tozu və çiyələk olan qazanı ocağın üzərinə qoyun.
✅ Orta temperaturda çiyələk mürəbbəsi qaynamağa başlayandan sonra 40 - 45 dəqiqə qaynadın.
✅ Qaynamağa başlayanda bir şirniyyat qaşığı kərə yağı əlavə edin ki, çox köpüklənməsin.
✅ Arada qazanın üzərində meydana gələn köpükləri bir qaşıq və ya kəfgir vasitəsi ilə alın.
✅Köpükləri tamamən yığsanız sonradan mürəbbə şəkərləməz.
✅ Çiyələk mürəbbəsi qatılaşana qədər vam odda qaynadın.
✅ Bişən çiyələk mürəbbəsinə limonun suyunu sıxın(və ya limon duzu vurun).
✅ Bundan sonra mürəbbəni təqribən 5 dəqiqə yenə qaynadıb ocağın üzərindən götürün.

Çiyələyin Faydaları
4

✅ Çiyələk B, C və K vitamini cəhətdən çox zəngindir.
✅ Çiyələk vücudu qüvvətləndirir, damar tıxanıqlığını açır, xolesterolu düşürdür.
✅ Antioksidan xüsusiyyəti ilə immun sistemi gücləndirir.
✅ Xolesterol:
✅İspanyanın Salamanca Universitetinin apardığı araşdırmaya görə tez tez çiyələk yemək, LDL xolesterol səviyyəsini aşağı salır
✅ Antioksidant:
✅ Xəstəliklərə qarşı bədənin müqavimətini artıran, xərçəngə qarşı qoruyan,
✅ Alzhaimer risqini azaldan, ürək və damar sağlamlığını qoruyan, xüsusi ilə də yaşlanma ilə əlaqədar problemləri azaldan antioksidantlar çiyələyin tərkibində çox miqdarda var.
✅Diyabet:
✅ Şəkərli diyabet xəstələri çox vaxt şirin dadı olduğu üçün çiyələk yemirlər.
✅ Ancaq əslində 1 kasa çiyələk faydalı bir qida ola bilər.
✅ Həm də qan şəkər səviyyəsini qoruyar, yüksəltməz.
✅ Çiyələyin lifli quruluşu insanda toxluq hissi yaradır və karbohidrat qəbul etməsini azaldır.

Çiyələk Mürəbbəsinin Saxlanma Qaydası
5

✅ Mürəbbə ilıqlaşdıqdan sonra şüşə qablara alıb ağzını bağlayın.
✅Günəç işığı olmayan yerdə saxlayın.

Nuş Olsun!