Yazdırma Seçimləri:

Çiyələkli Limonad

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Asand və rahat hazırlanan Çiyələkli limonad ilə yay fəslinin istilərinə meydan oxuyun. Bal, çiyələk və limondan istifadə edərək hazırladığınız bol buzlu limonadı həm qəhvəaltıda, həm də axşam yeməyi zamanı istifadə edə bilərsiniz. Bu limonad maddələr mübadiləsini sürətləndirir, insana fərahlıq verir. Bal yerinə başqa dadlandırıcılardan da istifasdə edə bilərsiniz.
Həm əvəzolunmaz ləzzəti , həm də C vitamini deposu olmasına görə də soyuq içəcəklər arasında ilk sırada yerini almaqdadır .

Çiyələkli Limonad Üçün Lazım Olan Ərzaqlar
 3 ədəd limon
 15 ədəd çiyələk
 1 l su
 4 ədəd təzə nanə yarpağı
 buz
 ¾ stəkan şəkər tozu
Çiyələkli Limonad Üçün Ərzaqların Yığılması Qaydası
1

çiyələkli limonad

1. Çiyələkli limonad üçün istifadə edəcəyiniz çiyələkləri yuyun.
2. İstifadə edəcəyiniz çiyəlıəklərin saplaqlarını qopardın və suyunu aşsüzənlə süzün.
3. Çiyələkli limonadın daha da dadlı olması üçün istifadə edəcəyiniz limonları yuyub qabığını soyun.
4. İstifadə edəcəyiniz balı bir kasaya yığın.
5. Lazım ola biləcək qədər suyu şüşə bankaya süzün.
6. Çiyələkli limonad üçün istifadə etməyə soyuducuda su buzladın.

Çiyələkli Limonadın Hazırlanma Qaydası
2

çiyələkli limonad

1.Limonların ağ hissələrini rəndələməməyə diqqət edin, çünki ağ hissə acı dadır.
2. Limonların ancaq sarı qabığını rəndələyin.
3. Limonların qabığını rəndələyib qurtardıqdan sonra bir kasaya limonun suyunu sıxın.
4. Limon qabığı ilə şəkəri tozunu, yaxud da balı qarışdırın.
5. Limon qabığı rəndəsini bir kasa içində toz şəkərlə birlikdə qarışdıraraq 1-2 dəqiqə yoğurun.
6. Üzərinə limon suyunu əlavə edin.
7. Bal(şəkər) əriyənə qədər qarıştırın.
8. Yuyub saplarını ayırtladığınız çiyələkləri bir blenderə alın.
9. Üzərinə limonlu qarışımı əlavə edin.
10. Çiyələklər tamamən əzildikdən sonra süzgəc yardımıyla süzün.
11. Süzdüyünüz qarışığa suyu da əlavə edərək bir stəkanlara süzün.

Çiyələkli Limonadın Servis Edilmə Qaydası
3

Hazırladığınız limonatı soyuducuya qoyun.
Soyuq halda servis edin.
Servis edərkən içərisinə buz parçaları və nanə yarpağı atın.

Nuş olsun!