Yazdırma Seçimləri:

Çiyələkli Tort

Verimlilik5 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Hazırlanmağı olduqca rahat, malzəmələri sadə olan çiyələkli keks yay boyu sizin favoriniz olacaqdır. Çiyələkli keksi qonaqlarınıza və sevdiklərinizə sürətli bir şəkildə hazırlayıb çayla birlikdə servis edə bilərsiniz. Bəs çiyələkli keks necə hazırlanır? Bu sualın cavabını sizlərə 1001dad .com saytı təqdim edəcəkdir.

çiyələkli tort

Keksi Üçün
 4 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 ədəd limon qabığı rəndəsi
 1 yemək qaşığı kakao
 2 stəkan un
 1 paket vanilin
 1 paket qabartma tozu
Ara Qatı Üçün
 1,50 stəkan soyuq süd
 2,50 stəkan krem şanti tozu
 3 yemək qaşığı labne
 3 yemək qaşığı şəkər pudrası
 damla şokolad
 kiçik-kiçik doğranmış çiyələk
 50 q benmari üsulu ilə əridilmiş şokolad
Çiyələkli Tort Üçün Lazım Olasn Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅İstifadə edəcəyiniz kakaonu kasaya yığın.
✅İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə alın.
✅İstifadə edəcəyiniz unu bir kasaya yığın.
✅İstifadə edəcəyiniz vanilin və qabartma tozunu ayrı-ayrı kasalara yığın.
✅İstifadə edəcəyiniz südü bir stəkana süzün.
✅İstifadə edəcəyiniz krem şantini kasaya alın.
✅İstifadə edəcəyiniz labne pendirini kasaya yığın.
✅İstifadə edəcəyiniz şəkər pudrasını bir kasaya yığın.
✅lazım olacaq meyvə suyunu stəkana süzün.
✅Lazım olacaq damla şokoladını

Çiyələkli Tort Üçün Lazım Olasn Ərzaqların Hazırlanması
2

✅Limonun qabığını rəndələyin.
✅Unu ələyin.
✅Qəlibə yağlı kağız sərin.
✅ Yumurtaları qarışdırma qabına sındırın.

Çiyələkli Tortunun Keksinin Hazırlanması
3

✅ Qarışdırma qabına aldığınız yumurtaların üzərinə şəkər tozunu əlavə edib krem qatılığına gələnə qədər yaxşıca çırpın.
✅ Kakao və limon rəndəsini dəəlavə edin.
✅ Sonra sırasıyla un, vanil, qabartma tozunu da əlavə edərək yenidən möhkəm çırpın.
✅ 18 sm-lik qabların altına yağlı kağız sərin və xəmiri ora tokün. 170 dərəcə sobada bişirin.

Çiyələkli Tortun Kreminin Hazırlanması
4

✅ Süd, krem şanti, labne və pudra şəkərini yaxşıca çırpın.
✅ Donması üçün soyuducuya qoyun.

Çiyələkli Tortun Bişirilməsi
5

✅Sobani əvvəlcədən 170 dərəcəyə yaxın qızdirın.
✅Əvvəlcədən qızdırdığınız sobada keksi bişirin.
✅Bişirdiyiniz keksi sobadan çıxardıb soyumağa qoyun.

Tortun Hazırlanması
6

✅ Keksin ilk qatını servis qabına alın və meyvə suyu ilə isladın.
✅ Kremini yayın ,doğranmış çiyələk və damla şokoladı səpin.
✅ İkinci qatı da üzərinə qoyub eyni prosesi təkrarlayın.
✅ Qalan krem ilə tortun hər tərəfini örtün.
✅ Ortasına bütün çiyələkləri yerləşdirin və üzərinə ərinmiş şokoladı yayın.

Çiyələkli Tortun Servis Edilməsi
7

Hazırladığınız tortu cayla və dondurma ilə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0