✅ Gözə və zövqə xitab edən sendviç əldə edə bilmək üçün 3 qatlı sendviçi uzun taxta şişlər vasitəsi ilə qatları bir-birinə bağladıqdan sonra çarpaz kəsin.
✅ Əgər içərisinə qoyulan ərzaqların kənara çıxmamasına diqqət etmək lazımdır.
✅ Bunun üçün kənarları az bir miqdarda kəsmək də olar.
✅ Toyuq filesi incə və uzunsov formada doğranır və bir az döyülür.
✅ Toyuq filesinə duz, ədviyyat və duru yağ vurulur və qarışdırılır.
✅ Pomidorlar, təzə xiyar və turşu xiyar doğranır.
✅ Ketçup və mayonez bir qabda bir-birinə qarışdırılaraq sos hazırlanır.
✅ Toyuq file az yağlı tavada əvvəlcə bir tərəfi, daha sonra içə digər tərəfi qızardılır.
✅ Omleti hazırlamaq üçün yumurta öncə ədviyyat və duz qatılaraq bir qabda çırpılır.
✅ Daha sonra isə az yağlı tavada dağılmadan bişirilir.
✅Spatula və ya taxta qaşıqla tavadan çıxardılır.
✅Tost çörəkləri tost aparatında və ya izqara şəkilli tavada hər iki tərəfi qızardılır.
✅ Bütün hazırlıqlar bitdikdən sonra 3 ədət qızardılmış çörək dilimi yanaşı qoyulur.
✅ Hər bir çörək diliminin üzərinə ketçup və mayonezdən hazıladığımız sos yaxılır.
✅ Sos yaxılmış çörək dilimlərinin üzərinə əvvəlcədən təmizlənib yuyulmuş kahı qoyulur.
✅ Bunun üzərinə isə sıra ilə pomidor, xiyar və turşu xiyar dilimləri qoyulur.
✅ Çörək dilimlərindən birinin üzərinə daha öncə hazırlanmış omlet qoyulur.
✅ Digər dilimin üzərinə tavada hər iki tərəfi qızardılmış toyuq filesi, onun üzərinə isə pendir dilimləri qoyulur.
✅ File olan çörək dilimi üzərinə, üzərində omlet olan çörək dilimi qoyulur.
✅ Ən üst hissəyə isə üçüncü dilim tərs çevrilərək qoyulur.
✅ Club Sendviç dilimlərini bir-birinə tutuzdurmaq üçün çubuqlardan istifadə olunur.
✅ Sendviçin kənarları səliqəli şəkildə kəskin bir bıçaq vasitəsi ilə kəsilir.
✅ Daha sonra sendviç diaqonallarından kəsilərək eyni ölçülü üçkünc forma əldə edilir.
✅ Üçkünc formada kəsilən sendviçləri istəsəniz yanında qızardılmış kartof çubuqları və sərin bir içki ilə servis edə bilərsiniz.
Porsiya 1