Yazdırma Seçimləri:

Holland Pendirli Çoban Piroqu

Verimlilik4 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Çoban piroqu (Shepherd's Pie) yeməyinin mənbəyi İngiltərədir. Ənənəvi olaraq quzu və ya qoyun ətindən hazırlanır.
Çoban piroqu daha çox Amerikada geniş yayılıb. Burada isə daha çox mal əti istifadə olunur və əsasən qiymə ilə hazırlanır.
İngiltərədə (Avstriya və Yeni Zenlandiyada) mal əti ilə hazırlanan yeməyə "kənd piroqu", quzu əti ilə hazırlanan yeməyə is "çoban piroqu" deyilirdi.
Çoban piroqu yeməyi əsasən bir kasa bişmiş ət, səbzələr, üzərində də sobada qızarana kimi bişmiş kartof püresidir.

holland pendirli çoban piroqu

👉Çoban Piroqu (Shepherd's Pie) Üçün Lazım Olan Ərzaqlar
 200 q Holland pendiri
 500 q qiymə
 2 yemək qaşığı tomat pastası
 1 yemək qaşığı kərə yağ
 yaşıl noxud
 kök
 duz
 istiot
 qırmızı bibər
 göyərti
👉Çoban Piroqu (Shepherd's Pie) Sos Üçün Lazım Olan Ərzaqlar
 3 ədəd kartof
 1 stəkan süd
 duru yağ
👉Çoban Piroqu Hazırlanma Qaydası
1

✅ Əvvəlcə kərə yağını əridin.
✅Üzərinə tomat pastası, qiymə, duz, istiot vurun və qarışdıraraq bişirin.
✅ Qiymə bişdikdən sonra üzərinə kiçik-kiçik doğranmış kök, yaşıl noxud əlavə edin və birlikdə bişirin.
✅ Ərzaqlar tam bişdikdən sonra qırmızı toz bibər də vurub qarışdırın və ocağın üzərindən götürün.

👉Çoban Piroqu Sosun Hazırlanması
2

✅ Kartofu suda bişirin və əzərək püre halına gətin.
✅ Ocağın üzərində qazana süd, duru yağ, istiot, tilsiter pendir vurub ərzaqları birlikdə bişirin.
✅ Axışqan bir hal alır.
✅ Bişən qiymənin üzərinə kiçik-kiçik doğranmış cəfəri vurub, qarışdırın.
✅ Qiyməni sonra istiyədavamlı qaba qoyub üzərini düzləşdirin.
✅ Qiymənin üzərinə sos qoyub hər tərəfə bərabər şəkildə yayın.
✅ 180 dərəcə isidilmiş sobada sos qızarana kimi bişirin.
✅ Sonra yeməyin üzərinə sürtkəcdən keçirilmiş holland pendiri qoyun.
✅ Holland pendir əriyənə kimi yenidən sobada bişirin.
✅ Hazır olan piroqu sobadan çıxardıb dilimləyərək servis edin.

🛑Diqqət!
3

✅ Sobada bişirmə qabı olaraq şüşə materialdan istifadə edərkən ehtiyatlı olun. İstinin təsirindən şüşə qab partlaya bilər.
✅ Ancaq keramik və ya metal qab istifadə etdiyiniz təqdirdə narahat olmağa ehtiyac qalmır.

Çoban Piroqunun Bişirilməsi
4

✅ Bişən qiymənin üzərinə kiçik-kiçik doğranmış cəfəri vurub, qarışdırın.
✅ Qiyməni sonra istiyədavamlı qaba qoyub üzərini düzləşdirin.
✅ Qiymənin üzərinə sos qoyub hər tərəfə bərabər şəkildə yayın.
✅ 180 dərəcə isidilmiş sobada sos qızarana kimi bişirin.
✅ Sonra yeməyin üzərinə sürtkəcdən keçirilmiş holland pendiri qoyun.
✅ Holland pendir əriyənə kimi yenidən sobada bişirin.
✅ Hazır olan piroqu sobadan çıxardıb dilimləyərək servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 4