Çoban-qovurma
Çoban-qovurma

Lazım olan ərzaqlar:

  • 1,5 kq kiçik-kiçik doğranmış quzu əti,
  • 2-3 şorba qaşığı duru yağ,
  • 2-3 diş sarımsaq,
  • 6 ədəd uzunsov bibər,
  • 4 ədəd pomidor,
  • 1 quru soğan,
  • Duz,
  • İstiot,
  • Cirə.
  • Kəklik otu,
  • Yarım dəstə cəfəri,

Hazırlanması:

Doğranmış ərləri bir qazana alıb suyunu salıb çəkənə qədər vam odda bişirin.

Yağ və soğanı əlavə edib qızardın.

Pomidorları soyub kiçik-kiçik doğrayın.

Bibərləri incə halqalar şəklində doğrayın.

Əvvəlcə sarımsaqları və bibərləri əlavə edib ətlə birlikdə qovurun.

Duzunu və ədviyyatını da əlavə edib qarışdırın.

Doğranmış pomidoru da əlavə edib qapağını örtün və 20 dəqiqə vam odda bişirin.

Isti-isti servis edin.