Yazdırma Seçimləri:

Çoban salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

 1 ədəd pomidor
 1 ədəd xiyar
 1 ədəd yaşıl bibər
 ½ ədəd soğan
 duz
 1 yemək qaşığı duru yağ
 limon
Hazırlanma qaydası
1

Pomidoru, bibəri, xiyarı bol soyuq su ilə yaxşıca yuyun.
Kağız dəsmal üzərinə sərərək sularını qurudun.
Suları tamamən quruduqdan sonra pomidor, bibər, xiyarı kiçik-kiçik doğrayın.
Soğanın da qabığını soyun və onu da incə- incə doğrayın.
Çoban salata duz və maye yağı da əlavə edib yaxşıca qarışdırın.
Salatımız hazır.
Duz və yağı nə zaman servis edəcəksiniz o zaman əlavə edin.
Əğər servisdən 1-2 saat əvvəl əlavə etmiş olsanız sulanar və əzilmiş olar.
Süfrəyə verilərkən istəyə görə limon suyu sıxmaq olar.
Vitaminlərlə zəngin olan bu salat, xüsusi ilə yay aylarında süfrələrin bəzəyidir.
Demək olar ki, bütün yeməklərlə birlikdə süfrəyə vermək mümkündür.

Nuş olsun!