Yazdırma Seçimləri:

Creme-brule

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Creme-Brule Üçün Lazım Olan Ərzaqlar
 400 ml qaymaq
 100 ml süd
 6 ədəd yumurta sarısı
 60 q şəkər tozu
 2 ml vanil ekstaktı
Üzəri üçün
 şəkər tozu
Hazırlanma Qaydası
1

✅ Süd və qaymağı qarışdırıb qaynamaq üçün sobaya qoyun.
✅ Sonra yumurta sarısı, vanil ekstraktı və şəkəri çalın. (İçində heç şəkər dənəsi qalmayana qədər çalın)
✅ Yumurta və şəkərli qarışığı az-az əlavə edərək qaynayan qarışığı qarışdırın.
✅ Qarışığı iki dəfə süzün ki, heç bir qalıq qalmasın.
✅ Süzülmüş qarışığı ən azı on dəqiqə dincəlməyə qoyun və köpük tamamilə çökənə qədər bu müddəti uzada bilərsiniz.
✅ Qalan son köpüyü bir qaşıq ilə götürün və qarışığı çox dərin olmayan sobada yanmayan kasalara boşaldın.
✅ Kiçik köpüklər varsa, onları salfetin köməyi ilə götürün.
✅ Soba qabının içinə təmiz bir parça sərin.
✅ Qabların yarısına çatana qədər parçanın üzərinə su tökün və sobada 125 dərəcədə 35-40 dəqiqə bişirin.
✅ Sobadan çıxan desertlər hələ də bir qədər yumşaq olmalıdır.
✅ Əvvəlcə otaq temperaturunda soyudulmalı və sonra ən azı üç saat soyuducuda saxlanmalıdır.
✅ Şəkəri tavada əridib nazik təbəqə ilə desertinizin üzərinə tökə bilərsiniz.

Nuş Olsun!