Yazdırma Seçimləri:

Cücə kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 10 dəq

cücə kababı

Lazım olan ərzaqlar
 cücə
 10 q xama
 1 ədəd limon yaxud 25 q narşərab
 1 ədəd baş soğan
 1 dəstə keşniş və cəfəri
 istiot
 duz
Hazırlanma qaydası
1

İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür.
İstiot və duz vurulub şişə taxılır.
Xama yaxılaraq manqalda közərmiş kömür üzərində qızardılır.
Bu zaman şişlər arasıkəsilmədən çevrilir.
Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur və yanına qarnir yerində halqavarı doğranmış baş soğan düzülür.
Ayrıca da süfrəyə narşərab verilir yaxud xörəyin üstünə limon dilimi qoyulur.

Nuş olsun!