Yazdırma Seçimləri:

Cücə plov

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olan ərzaqlar
 300 q cücə əti
 250 q düyü
 50 q ərinmiş yağ
 25 q qaysı qurusu
 1 çimdik zəfəran
 kişmiş
 duz
Hazırlanma qaydası
1

Cücənin içalatı çıxarılır, təmizlənir, ütülür və yuyulur.
Bundan sonra cücə iki hissəyə bölünür.
İki hissəyə bölünmüş cücə parçası duzlanır və tavada yağ içində qızardılır.
Eyni zamanda düyüdən adi qaydada plov hazırlanır.
Hazırlanan plovun üstünə zəfəran şirəsi vurulur.
Bir tavada yağ qaynadılır "dağ" edilir.
Bundan sonra qaynar yağ üzərinə zəfəran şirəsi tökülən plovun üzərinə tökülür.
Sonra ayrı bir qabda cücə plovu ilə birlikdə süfrəyə verilmək üçün kişmiş, qaysı qurusu qovrulur.

Cücə plovun süfrəyə verilməsi
2

Süfrəyə verilən zaman buluda hazır plov çəkilir, üstünə yağ tökülür.
Qovrulmuş meyvə ilə qızardılmış cücə əti ayrıca boşqabda süfrəyə verilir.

Nuş osun!