Yazdırma Seçimləri:

Çuçvara

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəq

Türkmən mətbəxinə məxsus olan bu yemək reseprtini Azərrbaycan mətbəxində çox sevə-sevə hazırlayırlar.Həm də hazırlanması çox rahatdır.Soyuq havalarda vaz keçə bilməyəcəyiniz bir yemək tərifini sizlərə təqdim edirik.

çuçvara

Çuçvaranın İçi Üçün Lazım Olan Ərzaqlar
 500 q qoyun əti
 250 q quyruq
 350 q baş soğan
 keşniş toxumu
 qara istiot
 zirə
 keşniş
 reyhan
 nanə (istəyə görə) qurusu
Çuçvara Xəmiri Üçün Lazım OLan Ərzaqlar
 5 ədəd yumurta
 1 stəkan sud uzü
 1000 q un (artıq da ola bilər)
Çuçvara Üçün Ərzaqların Yığılması
1

☘️ İstifadə edəcəyiniz qoyunətini təmizləyib yuyaraq suyunu aşsüzənlə süzün.
☘️ Çuçvara üçün lazım olacaq quyruq yağını kasaya alın.
☘️ Çuçvara üçün istifadə edəcəyiniz soğanları soyub kasaya yığın.
☘️ Lazım olacaq duzu, istiotu, quru nanə və reyhanı ayrı-ayrı kasalara yığın.
☘️ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
☘️ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
☘️ İstifadə edəcəyiniz unu qarışdırma qabına ələyin.

Çuçvara Üçün Ərzaqların Hazırlanması
2

☘️ İstifadə edəcəyiniz əti qiymə halına salın.
☘️ Soğanları soyub doğrayın və qiyməyə əlavə edin.
☘️ İstifadə edəcəyiniz yumurtaları bir kasaya sındırın.
☘️ Qazana su doldurub qızdırın.
☘️ Üzərinə vuracağınız göy soğanı kiçik-kiçik doğrayın.

Çuçvara Üçün İçliyin Hazırlanması
3

☘️İç üçün olan ərzağı qarışdırın.
☘️Bunu artırıb-azalda da bilərsiniz.
☘️Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz.
☘️Bu reseptlə hazırlanan yeməkdə soğan bol olmalıdır.

Çuçvara Xəmirinin Hazırlanması
4

☘️Duz, yumurta, su və undan xəmir yoğurun.
☘️Xəmir bərk olmalıdır.
☘️Strec filmle üzərini bağlayıb 30-40 dəqiqə saxlayın, sonra ikinci dəfə də yoğurun.

Çuçvaranın Bükülmə Qaydası
5

çuçvara

☘️Nazik yayın.
☘️Tərəfi 2,5 sm olan kvadratlara bölün.
☘️İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün.
☘️Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır.
☘️Ən yaxşısı – köməkli bükməkdir.
☘️Bükmək də asantdır.
☘️Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).
☘️Qıraqlarını bərkidin.
☘️Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin.
☘️Çuçvara hazırdır.

Çuçvara Üçün Sosun Hazırlanması
6

☘️Soğanı yağda qovurun və içərisinə sarıkök, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
☘️Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edin.
☘️Şirin bibəri doğrayıb əlavə edin.
☘️Kərəviz, göyərti qurusu da qatın.
☘️Özbəklər “cambul” adlı göyərtidən istifadə edirlər.
☘️Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar.
☘️Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
☘️Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz.
☘️Qazanı su ilə doldurub ocağın üstə qoyun.
☘️Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin.
☘️Qaynara düşəndə düşbərəni bişirməyə başlayın.

Çuçvaranın Servis Edilməsi
7

☘️ Əvvəlcə kasalara sos çəkin.
☘️Sonra düşbərələri qoyun.
☘️Düşbərənin bişdiyi bulyondan kasaya əlavə edin.
☘️Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpib servis edin..

Nuş Olsun!