Yazan1001 dadKateqoriyaÇətinlikÇətin
Çuçvara (özbək mətbəxi)
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq
Lazım olan ərzaqlar
Xəmiri üçün
Hazırlanma qaydası
1

Çuçvara hazırlayarkən iç üçün olan ərzağı qarışdırın.
Bunu artırıb-azalda da bilərsiniz.
Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.
Duz, yumurta, su və undan xəmir yoğurun.
Xəmir bərk olmalıdır.
Streç filmə bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də yoğurun.
Nazik yayın.
Tərəfi 2,5 sm olan kvadratlara bölün.
İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün.
Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır.
Bükmək də asantdır.
Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).
Qıraqlarını bərkidin.
Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin.
Hazırdır.
Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin).
Şirin bibəri doğrayıb əlavə edin.
Kərəviz, göyərti qurusu da qatın.
Özbəklər “cambul” adlı göyərtidən istifadə edirlər.
Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar.
Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz.
Qazanı su ilə doldurub ocağın üstə qoyun.
Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin.
Qaynara düşəndə düşbərəni tökün.
Əvvəlcə kasalara sousu çəkin.
Sonra düşbərələri qoyun.
Çuçvara (özbək mətbəxi) bişdiyi bulyondan əlavə edin.
Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərtidən səpin.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar
Xəmiri üçün

Təlimatlar