Yazdırma Seçimləri:

Çudu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Sizlərə təqdim edəcəyimiz resept çox dadlı və rahat hazırlanan bir yemək növüdür. Dadından doyum olmayan bu yeməy sizlərin də hazırlamasını tövsiyyə edərdik. Bu resept hazırlanarkən çox ərzaqdan istifadə edilmir. Mətbəxdən gələn ləzzətli çudu iyi insanı valeh edir.

🫓Çudu Üçün Lazım Olan Ərzaqlar
 1 paket qabartma tozu
 1 çimdik duz
 1 çimdik şəkər tozu
 1 stəkan süd
 1 ədəd yumurta
 un (aldığı qədər)
 100 q kərə yağı
🫓Çudunu Yağlamaq Üçün
 300 q kərə yağ
🫓Çudunun İçliyi Üçün
 qiymə
 baş soğan
 duz
 istiot
 kərə yağ
🫓Çudunun Ərzaqlarının Yığılması
1

✅ İstifadə edəcəyiniz əti yuyub təmizlədikdən sonra qiymə hazırlayın.
✅ İstifadə edəcəyiniz soğanı soyub kiçicik doğrayaraq kasaya yığın.
✅ İstifadə edəcəyiniz unu bir yoğurma qabına ələyin.
✅ Lazım olacaq qədər duzu, şəkər tozunu,qabartma tozunu , istiotu və kərə yağını atrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ Lazım olacaq yumurtanı yuyub kasaya sındırın.

🫓Çudunun Xəmirinin Hazırlanma Qaydası
2

✅Quru maya, süd, şəkər tozu, duzu bir qaba alın və qarışdırın.
✅Qarışığa xama, yumurta vurub çırpın.
✅Kərə yağ, Kenton qabartma tozunu da əlavə edin.
✅Xəmiri yoğurun.
✅Xəmiri bir az dincə qoyun.

🫓Çudu Üçün İçliyin Hazırlanması
3

✅Kərə yağını əridin.
✅Yağın içərisinə kiçik-kiçik doğradığınız soğanları əlavə edib qovurun.
✅Soğanın rəngi dəyişəndə üzərinə qiyməni əlavə edin.
✅Qiyməyə duz, istiot vurub bişirin.
✅İçlik hazırdır və soyuması üçün bir kənara alın.

🫓Çudunun Hazırlanması
4

✅Dincə qoyduğunuz xəmiri bərabər ölçülü kündələrə ayırın.
✅Hazırladığınız kündələrdən yuxa yayın.
✅Masanın üzərini yağlayın.
✅Yaydığınız yuxaların üzərini yağlayaraq üst-üstə yığın.
✅Üst-üstə 4 ədəd yuxa sərin və hamısını yağlayın.
✅Sonra yuxalar rulon halında sıx formada büküb 3-4 sm enində doğrayın.
✅Doğranan parçaların ortasını açın.
✅İçərisinə hazırladığınız içlikdən qoyun.
✅İçlik qoyduqdan sonra bükərək forma verin.

🫓Çudunun Bişirilməsi
5

✅Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅180-200 dərəcə qızdırılmış sobada hazırlamış olduğunuz çudunu 20-25 dəqiqə bişirin.

🫓Çudunun Servis Edilməsi
6

İsti-isti və ya soyuq halda da servis edə bilərsiniz.
Çudunu servis edərkən zövqünüzə uyğun olaraq yanında sumaq da verə bilərsiniz.

Nuş Olsun!