Yazdırma Seçimləri:

Çuğundurlu bulğur küftəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

Lazım olan ərzaqlar
 1 dəstə çuğundur
 1 ədəd soğan
 2 ədəd pomidor
 ½ yemək qaşığı pomidor tomatı
 1 stəkan ilıq su
 2 diş sarımsaq
 duz
 istiot
 1,50 stəkan duru yağ
İçi üçün
 170 q qiymə
 200 q incə bulğur
 1 ədəd yumurta
 duz
 istiot
 1,50 stəkan un
Sosu üçün
 2 stəkan qatıq
 2 diş sarımsaq
 pul bibər
Hazırlanma qaydası
1

Geniş bir qazanda yağ və doğranmış quru soğanı qovurun.
Soğanlar qızarınca doğranmış və yuyulmuş çuğunduru əlavə edin.
Çuğundur bişənə qədər qovurun.
Tomatın üzərinə rəndələnmiş pomidoru əlavə edərək pomidor suyunda bişirin.
Doğranmış sarımsağı əlavə edin.
Çuğundur suyunu çəkincə yarım stəkan və ya 1 stəkan ilıq su əlavə edin.
Ədviyyatları əlavə edin.
Çuğundur suyunu çəkincə 5-10 dəqiqə dincə qoyun.

Bulğurlu küftənin hazırlanma qaydası:
2

Dərin bir qabda bütün ərzaqları yoğurun. Ən sonda isə yumurtanı əlavə edib yoğurun.
Küftə normal hala gəldikdə, yəni azacıq sərtləşdiyində kiçik küftələr hazırlayın.
Un səpilmiş servis tabağına küftələri düzün.
Su qaynayan qazana küftələri əlavə edib 15 dəqiqə qaynadın.
Servis tabağının ortasına çuğunduru yığın.
Üzərinə sarımsaq əlavə edilmiş qatıq töküb pul bibər ilə bəzəyin.
Sonra tabağın kənarlarına küftələri düzün.
Yemək servisə hazırdır.

Nuş olsun!