Yazdırma Seçimləri:

Çuğundurlu Ketçup

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 10 dəq

Ketçap pomidor, acı bibər, şəkər və ədviyyatlardan hazırlanan bir sosdur. Zaman zaman soğan, kereviz və diğər tərəvəzlər də əlavə edilir.
Ketçap əslində göbələk və ədviyyatlardan hazırlanan soslar olaraq ortaya çıxmışdır. Ketçapdan kartof qızartması, hamburger, sandviç, makaron və qızardılmış ət yeməkləri zamanı istifadə edilməkdədir.

Çuğundurlu ketçap

Çuğundurlu Ketçap Üçün Lazım Olan Ərzaqlar
 1 kq çuğundur
 2 yemək qaşığı zeytun yağı
 2 ədəd qırmızı soğan
 1 ədəd kərəviz sapı
 1 ədəd kiçik kök
 2 diş sarımsaq
 1 yemək qaşığı toz kişniş
 1 çay qayığı darçın
 2 ədəd mixək
 1 çay qayığı cirə
 1 yemək qaşığı bibər
 150 ml alma sirkəsi
 istiot
 duz
 1 yemək qaşığı pomidor tomatı
 80 q şəkər tozu
 1 yemək qaşığı bal
🌱Çuğundurlu Ketçap Üçün Ərzaqların Yığılması
1

✅Çuğundurları təmiz yuyub suyunu qurudun.
✅Zeytun yağını stəkana süzün.
✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya alın.
✅ İstifadə edəcəyiniz sarımsaqları, soyub kasaya yığın.
✅ ketçapa vuracağınız kökü yuyub mətbəx dəsmalının üzərinə yığın suyu qurusun.
✅ Lazım olacaq qədər acı bibəri yuyub tumunu çıxararaq mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz ədviyyatları (zövqə görə), istiotu, duzu ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz tomatı bir kasaya yığın.
✅ Lazım olacaq bal və şəkəri də ayrıca kasalara yığın.

🌱 Çuğundurlu Ketçap Üçün Ərzaqların Hazırlanması
2

✅Soğanlarları kubik şəklində doğrayın.
✅Kökü də kubik şəklində doğrayın.
✅ Biçirdiyiniz çuğundurları kubik şəklində doğrayın.
✅ Sarımsaqları da kiçik-kiçik doğrayın.
✅ Ocaqda zeytun yağını qızdırın.
✅ Kərəviz sapını kiçik-kiçik doğrayın.

🌱Çuğundurun Bişirilməsi
3

✅Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
✅İçərisi yağlı kağızlı olan alminium falqaya çuğundurları qabıqlarını soymadan bükün.
✅Üzərinə bir az zeytun yağı gəzdirin.
✅Falqaya sarıdığınız çuğundurları istiyə davaml qabın içərisində 1 saata yaxın bişirin.
✅Bişib bişməməsini bir bıçaq yardımı ilə yoxlayın .
✅Bıçaq rahatlıqla çuğundurun içinə gedirsə deməli bişmişdir.
✅Soyuyunca qabıqlarını soyub küp şəklində doğrayın.
✅Çuğundurlar sobada bişincə daha da ləzzətli olur.
✅Amma, yox mən sobada bişəni sevmirəm deyərsinizsə , o zaman bütün ərzaqları dərin bir tavada vam odda bişirin.

🌱 Çuğundurlu Ketçapın Ərzaqlarının Bişirilməsi
4

✅Çuğundurlar sobada bişincə daha da ləzzətli olur.
✅Bütün ərzaqları dərin bir tavada vam odda bişirib blenderdən də keçirdə bilərsiniz.
✅Dərin bir tavaya zeytun yağı əlavə edin.
✅Təmizləyib kubik şəklində doğradığınız soğan, sarımsaq, kök, acı bibər, ədviyyatlar, duz, istiotu da əlavə edərək 5 dəqiqəyə yaxın qovurun.
✅İçərisinə tomatı və bişirib doğradığınız çuğunduru əlavə edib vam odda 20 dəqiqə bişirin.
✅Hazırladığınız qarışımı blenderdən keçirib yenidən tavaya alın.
✅Bal və şəkəri də əlavə edib yenə də vam odda qatılaşana qədər bişirin.

🌱Çuğundurlu Ketçapın Saxlanması
5

✅Qızdırılmış sobada 10-15 dəqiqə sterilizə etdiyiniz bankalara (qapaqlar da daxil) qarışımı töküb qapağını
qapadın və qızdırın.
✅Soyuduqdan sonra bankaların qapağını açmadan soyuducuda 2 həftə saxlamaq olar.

Nuş Olsun!