Yazdırma Seçimləri:

Çuğundurlu, bibərli ymurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 1 ədəd soğan
 ½ dəstə çuğundur
 1 ədəd qırmızı bibər(arzuya görə acı da ola bilər)
 1 çay qayığı kərə yağı
 3 yemək qaşığı zeytun yağı
 adam sayına görə yumurta
 duz
 istiot
Hazırlanma qaydası
1

Çuğunduru təmizləyib yuyun.
Aşsüzəndən suyunu süzün.
Bibərləri də təmizləyib yuyun və suyunu süzün.
Çuğunduru və bibərləri incə-incə doğrayın.
Soğanları soyub küp-küp doğrayın.
Tavaya kərə yağını və zeytun yağını qoyub əridin.
Küp-küp doğradığınız soğanları və qırmızı bibəri yağın içinə əlavə edin.
Soğanlar saralana qədər qovurun.
Çuğundurun saplarını da çox incə doğrayın və qovurduğunuz soğana əlavə edib qovurun.
İncə doğranmış çuğunduru da soğanın üzərinə əlavə edin.
Çuğundur yumşalan kimi duz və istiotunu əlavə edib qarışdırın. Yumurta qıracağınız yerləri azca çuxurlaşdırın və həmən çuxurlara yumurtaları qırın.
Yumurtalar bişincə ocağı söndürün.
.

Nuş olsun!