Yazdırma Seçimləri:

Dadı Damaqlarda Qalan “Şabalıdlı göbələk” Qovurması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

şabalıdlı göbələk

Lazım Olan Ərzaqlar
 3 yemək qaşığı duru yağ
 2 yemək qaşığı kərə yağı,
 1 ədəd quru soğan
 400 q göbələk
 3 diş sarımsaq
 6 ədəd təzə kəklikotu yarpağı
 1 çay qayığı duz
 1 çay qayığı istiot
 15 ədəd şabalıd(bişib soyulmuş)
 3 yemək qaşığı soya sosu
Hazırlanma Qaydası
1

✅Şabalıdın özünəməxsus bir dadı yeməklərə elə bir ləzzət verir ki, əvvəlcədən nədən bu yeməyi hazırlamamışıq deməyə məcbur olursan.
✅Təbii ki, sadəcə şabalıd deyil,göbələyin də bu tərifə təsiri böyükdür.
✅Soğan, təzə kəklikotu və soya sosunun da yoldaşlıq etdiyi qovurmanı çox sevəcəksiniz.
✅Əğər hansi yeməyin yanına bu yemək daha yaxşı olar deyə düşünürsünüzsə, ət yeməkləri ilə birlikdə də tərcih edə bilərsiniz.
✅Bir tavada duru yağı və kərə yağını qızdırın.
✅Ardından doğranmış soğanları da əlavə edib qovurun.
✅Qovrulan soğanların üzərinə göbələkləri də əlavə edib suyunu salıb çəkənə qədər qovurmaya davam edin.
✅Ardından dilimlənmiş sarımsaqları, 5-6 yarpaq təzə kəklikotunu, duzu, istiotu da əlavə edib qarışdırın.
✅Son olaraq şabalıd və soya sosunu əlavə edib 3-4 dəqiqə ocaqda qarışdırın .
✅Sonra ocaqdan alıb isti -isti sevdiklərinizlə paylaşın.

Nuş Olsun!