Yazdırma Seçimləri:

Dadlı Və Doyumlu Pəhriz Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Çox dadlı və doyumlu salatdır.
Bu salat çox tez və asan hazırlanır.
Zövqə görə salata toyuq əvəzinə ət də əlavə etmək olar.

Dadlı Və Doyumlu Pəhriz Salatı
 380 q qarğıdalı konservi
 300 q təzə göbələk
 1 ədəd soğan
 2 ədəd orta ölçülü kök
 300 q toyuq file
 duz
 istiot
 mayonez
 bitki yağı
Pəhriz Salatı Üçün Ərzaqların Yığılması
1

✅ Dadlı və doyumlu pəhriz salatı üçün istifadə edəcəyiniz toyuq fileni yuyub dərisini soyun və suyunu çəkməsi üçün aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz soğanın qabığını soyub kasaya alın.
✅ Dadlı və doyumlu pəhriz salatı üçün istifadə edəcəyiniz duru yağı stəkana süzün.
✅ İstifadə edəcəyiniz kökü yuyub təmizləyərək suyunu çəkməsi üçün bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım ola biləcək qədər göbələyi təmizləyib yuyun və aşsüzənə yığın ki, suyunu versin.
✅ Dadlı və doyumlu pəhriz salatı üçün istifadə edəcəyiniz yumurtaları yuyun.
✅ İstifadə edəcəyiniz duzu kiçik kasaya yığın.
✅ Lazım olacaq qədər mayonezi kasaya yığın.
✅ İstifadə edəcəyiniz qədər istiotu kiçik kasaya yığın.
✅ Dadlı və doyumlu pəhriz salatı üçün istifadə edəcəyiniz qarğıdalı konservinin suyunu süzüb kasaya yığın.

Pəhriz Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅ Hazırladığınız toyuğu hissələrə ayırın.
✅ Soğanı kiçik-kiçik doğrayın.
✅ Kökü rəndələyin.
✅ Göbələyi kiçik-kiçik doğrayın.

Pəhriz Salatının Ərzaqlarının Bişirilmə Qaydası
3

✅ Toyuğu bişirib kiçik-kiçik doğrayın.
✅ Doğradığınız soğanı yağda qovurun
✅ Qovurulan soğanın üzərinə rəndələnmiş kökü vurub bir az qovurun.
✅ Göbələyi suyu buxarlanana qədər qovurun.
✅ Yumurtanı suda qaynadaraq kiçik-kiçik doğrayın.

Pəhriz Salatının Hazırlanma Qaydası
4

✅ Ərzaqlar bişib hazır olduqdan sonra iri qarışdırma qabına hazır ərzaqları yığın .
✅ Duz, istiot , mayonez və qarğıdalı konservini də vuraraq yaxşıca qarışdırın.
✅ Ərzaqların dadlarının qarışması üçün bir az soyuducuda saxlayın.
✅ Soyuducuya qoymazdan əvvəl üzərini streş filmlə bağlayın.

Pəhriz Salatının Servis Edilmə Qaydası
5

✅Bu salatı istənilən öyün yeməyində və istədiyiniz yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!