Yazdırma Seçimləri:

Darçınlı Köklü Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 25 dəq

Darçınlı köklü keks (carrot cake) çox asan hazırlanan bir şirniyyatdır. Son dərəcə ləzzətlidir və hazırlaması çox asandır.
Bu ləzzətli köklü keks (carrot cake) bəs necə hazırlanır? Bunun üçün resepti sizə təqdim edirik.

Keks Üçün Lazım Olan Ərzaqlar
 1 paket Kenton qabartma tozu
 1 paket Kenton vanilin
 2 ədəd yumurta
 ¾ stəkan şəkər tozu
 1 stəkan duru yağ
 0,50 stəkan süd
 1,50 stəkan sürtgəcdən keçirilmiş kök
 1 stəkan un
 1 çay qayığı darçın
 qırılmış fındıq ləpəsi
Üzəri Üçün
 1 paket Kenton krem şanti
 1 stəkan soyuq süd
 lor pendiri
 2 ədəd sürtgəcdən keçirilmiş kök
 fındıq qırıntısı
Köklü Keks Xəmirin Hazırlanması
1

Darçınlı köklü keks

✅ Mikserin qabına yumurta və şəkər tozunu əlavə edin.
✅ Yumurta ğarana qədər çırpın.
✅ Kökü sürtkəcdən keçirin.
✅ Süd, duru yağ və darçın, fındıq ləpəsi, Kenton vanilin və sürtgəcdən keçirilmiş kökü də yumurtaya əlavə edib qarışdırın.
✅ Qarışığa Kenton qabartma tozu və un əlavə edib qarışdırmağa davam edin.
✅ Köklü keks xəmiri hazır olduqdan sonra yağlı kağız sərilmiş istiyədavamlı qəlibə tökün.
✅ Sobanı əvvəlcədən 160 dərəcə isidin.
✅ Köklü keksi160 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin.

👉Köklü Keks Üçün Krem Şantinin Hazırlanması
2

✅ Krem hazırlamaq üçün mikserə krem şanti, süd, lor pendiri əlavə edib yaxşıca qarışdırın.

👉Köklü Keksin Bəzədilməsi
3

✅ 2 ədəd kökü sürtkəcdən keçirdin.
✅ Fındıq ləpəsini kiçik – kiçik doğrayın
✅ Keksin üzərinə krem şantini bərabər miqdarda çəkin.
✅ Krem şantinin üzərinə rəndələmiş olduğunuz kökü səpin.
✅ Bunların üzərindən isə doğradığınız fındıq ləpəsini əlavə edin.
✅ Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.

👉Servis Tövsiyyəsi
4

✅ Çayla birlikdə servis edə bilərsiniz.

🔴Qeyd!
5

✅ İstifadə etdiyiniz ərzaqların otaq temperaturunda olmasına diqqət edin.
✅ Şəkər və yumurta ağ köpük olana qədər çırpın.
✅ Keki sobaya qoyduqdan sonra ilk 20 dəqiqə qapağı heç açmayın.
✅ Köklü keks bişdikdən sonra sobadan birbaşa çıxartmayın.
✅ Sobanın qapağını açıq saxlayaraq ilıqlaşmasını gözləyin.
✅ Əks təqdirdə keks sönə bilər.

Nuş Olsun!